• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bakı Rusiya-Ermənistan anlaşmasına necə cavab verməlidir?

  • 15 Noyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Şərh

Rusiya prezidenti Vladimir Putin ölkəsinin Ermənistanla birgə ordu qrupu yaratmasını nəzərdə tutan saziş bağlanmasına sərəncam verib. Dövlət başçısı Müdafiə və Xarici İşlər nazirliklərinə Ermənistanla bu yöndə müzakirə aparıb razılıq əldə etməyi tapşırıb.

Novator.az-ın məlumatına görə, Rusiyanın Ermənistanla münasibətlərini şərh edən politoloq Elxan Şahinoğlu yazır ki, birləşmiş ordu qrupunun yaradılması ilə Rusiya Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində, Azərbaycanın ərazi bütövlüyünü təminatında marağı olmadığını sübut edir: “Ermənistanın Rusiyadan aldığı hərbi dəstəyi belə oxumaq lazımdır: bizə güvənərək işğalçı siyasətinizi davam etdirə bilərsiniz. Bundan sonra Ermənistan hakimiyyətinin danışıqlar yolu ilə Dağlıq Qarabağ ətrafındakı rayonları boşaldacağını gözləmək əbəsdir.

Belə olan halda rəsmi Bakının Rusiyaya cavabı necə olmalıdır? Azərbaycan hakimiyyəti Rusiya ilə münasibətlərdə problem yaşamaq istəmir. Bunu anlamaq olar. Rusiya təhlükəli qonşudur, son 8 ildə Gürcüstan və Ukraynanı parçalayıb. Bu amillər nəzərə alınmalıdır. Ancaq bu o demək deyil ki, Bakı Ermənistana artan hərbi dəstək fonunda Rusiya ilə münasibətlərdə heç nə olmamış kimi davranmalıdır. Birgə qoşun birlikləri  yaradılması ilə bağlı saziş xəbərindən sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun müsahibəsi yayılır və Rusiya Azərbaycanın strateji tərəfdaşı adlandırılır. Nazirin bu cümləsi Rusiyada “biz Ermənistana istənilən hərbi dəstək versək də, rəsmi Bakı səsini çıxarmayacaq” kimi qəbul ediləcək. Əslində nazirlik Rusiyanın Azərbaycan torpaqlarını işğal edən Ermənistanla birgə qoşun birlikləri yaratmasının narahatlıq doğurduğunu, bunun ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın münaqişə həllindəki tərəfsizliyinə kölgə saldığını ifadə edən bəyanatla çıxış etməli idi.

Ümumiyyətlə, Rusiyanın Ermənistana verdiyi hərbi dəstək rəsmi Bakını balanslaşdırılmış xarici siyasətə göz gəzdirməyə məcbur etməlidir. Çünki belə görünür Ermənistanla növbəti hərbi toqquşma apreldəkinə bənzəməyəcək. Ermənistan hakimiyyəti əlindən gələn hər şeyi edəcək ki, Rusiya Ermənistan tərəfdən toqquşmalara qatılsın. Azərbaycan ordusu Ermənistan ordusu üzərində qələbə çala bilər, ancaq təkbaşına Rusiya-Ermənistan hərbi maşını ilə savaşmaq problemdir. Bu disbalansın qarşısını almağın yolu Türkiyə ilə hərbi əməkdaşlığı üst səviyyəyə qaldırmaqdan keçir. Rusiya-Ermənistan hərbi ittifaqının məqsədi Azərbaycanı təkləyib zəiflətməkdirsə, Azərbaycanın da məqsədi mümkün müharibəni total səviyyəyə daşımaq olacaq. Başqa alternativimiz yoxdur”.

1988-ci ildən başlayaraq Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ bölgəsi (Ağdərə, Xocavənd, Xankəndi, Xocalı, Şuşa) və daha 7 rayon (Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam, Füzuli) zəbt edilib.

1994-cü ilin mayında elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir. Minsk qrupuna Rusiya, Fransa, ABŞ həmsədrlik edir.

Dövlət Miqrasiya Xidməti oktyabrın hesabatını verd...

  • 15 Noyabr 2016
  • comments

Obama maaş lideridir (Reytinq)

  • 15 Noyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

ABŞ prezidentləri

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda