• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Dağlıq Qarabağda səsverməyə hazırlanan layihənin detalları məlum oldu

  • 14 Noyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

İşğalçı Dağlıq Qarabağ rejiminin müzakirəyə çıxardığı yeni “konstitusiya” layihəsinin detalları məlum olub. Novator.az-ın məlumatına görə, layihə 173 maddədən ibarətdir.

Azərbaycanın Dağlıq Qarabağ vilayəti 1991-ci il sentyabrın 2-də özünü müstəqil dövlət elan edib. Hazırda Dağlıq Qarabağ bölgəsi işğalçı rejimin nəzarətindədir. Ermənistan Silahlı Qüvvələri Dağlıq Qarabağdan əlavə 7 rayonu zəbt edib.

Azərbaycan torpaqlarının işğalı, etnik təmizləmələrlə qurulmuş separatçı Dağlıq Qarabağ rejimi 1991-ci ildən indiyəcən seçki adı altında 19 qanunsuz aksiya keçirib: 6 “parlament seçkisi”, 5 “prezident seçkisi”, 6 “bələdiyyə seçkiləri”, 2 “referendum”.

İndiki “konstitusiya”da Dağlıq Qarabağ rejimi “prezident-parlament respublikası”dır. “Hökumət”i proporsional və majoritar üsulla seçilən “parlament” formalaşdırır, prezident isə “dövlət başçısı”dır.

Yeni “konstitusiya” layihəsi işğalçı rejimin “prezident respublikası”na çevrilməsini nəzərdə tutur. “Ümumxalq seçkisi”ndə seçilən “prezident” icra hakimiyyətinə rəhbərlik edəcək.

Layihəyə əsasən, işğalçı rejimdə prezident və parlament “seçkiləri” eyni gündə keçiriləcək. “Prezident” vəzifədən vaxtından əvvəl getdikdə onun səlahiyyətləri “parlament” sədrinə keçəcək, növbədənkənar seçki olmayacaq.

“Prezident” “parlament”i buraxmaq hüququna malikdir. Bu halda növbədənkənar prezident və parlament “seçkiləri” keçirilir.

“Parlament” bütün deputatların yarıdan çoxunun səsi ilə “prezident”ə etimadsızlıq göstərə bilər. Bu halda da növbədənkənar prezident və parlament “seçkiləri” olmalıdır.

“Prezident” postuna yalnız “parlament seçkisi”ndə iştirak edən partiyalar namizəd irəli sürə bilər.

“Prezident”in “nazirlər”i sərbəst şəkildə təyin və azad etmək hüququ var. O, qanunlara veto qoya bilər. Veto bütün “deputatlar”ın yarıdan çoxunun səsi ilə aradan qaldırılır.

“Parlament”in üçdə iki səs çoxluğu ilə “prezident”i vəzifədən götürmək hüququ var. “Prezident”in vəzifədən çıxarılması “dövlət”ə xəyanət və ya başqa ağır cinayət halında mümkündür və bu zaman “Ali Məhkəmə”nin qərarı olmalıdır.

Eyni şəxs ardıcıl olaraq iki dəfədən artıq “prezident” seçilə bilməz.

“Parlament” isə proporsional sistemlə formalaşır.

İşğalçı Dağlıq Qarabağ rejiminin yeni “konstitusiya” layihəsində 2006-cı ildə qəbul edilmiş “konstitusiya”dan əsas fərq bölgənin adında dəyişiklik olacaq. Separatçı rejim “Dağlıq Qarabağ respublikası” adından imtina edib “Arsax respublikası” variantına keçməyi planlaşdırır.

Vergi orqanlarına müraciətlər azalıb

  • 14 Noyabr 2016
  • comments

Rusiyada nazir rüşvət alarkən tutulub

  • 15 Noyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda