• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yeni vitse-prezidentin bioqrafiyası

  • 10 Noyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Şərh

ABŞ-da noyabrın 8-də keçirilmiş prezident seçkisində vitse-prezidentin də kimliyinə aydınlıq gəldi. Respublikaçılar Partiyasının namizədi Donald Trampın qalib olduğu seçkidə vitse-prezident postuna Maykl (Mayk) Pens seçildi.

ABŞ-da prezidentlə birgə seçilən vitse-prezident Konqresin yuxarı palatası olan Senata sədrlik edir. Dövlət başçısı vəzifədən vaxtından əvvəl getdikdə onun səlahiyyətləri vitse-prezidentə keçir.

Novator.az bildirir ki, Maykl Riçard Pens 1959-cu il iyunun 7-də İndiana ştatının Kolumbus şəhərində doğulub. Əcdadları irland əsillidir. Atası Edvard Pens yanacaqdoldurma məntəqələri şəbəkəsinin sahibi olub.

Maykl Pens 1981-ci ildə Hanover Humanitar Kollecini, 1986-cı ildə İndiana Universitetinin Hüquq Məktəbini bitirib.

1988-1990-cı illərdə Respublikaçılar Partiyasından ABŞ Konqresinə namizəd olub, ancaq seçilə bilməyib.

1991-93-cü illərdə “İndiana Policy Review” fonduna prezidentlik edən Maykl Pens 1992-ci ildən İndiana ştatında radio aparıcısı, 1995-ci ildən televiziya aparıcısı olub.

2000-ci ildən ABŞ Konqresinin Nümayəndələr Palatasında İndiana ştatını təmsil edən Pens 2012-ci ildə ştatın qubernatoru seçilib.

Katolik ailəsində doğulan Maykl Pens sonradan kollecdə oxuyarkən məzhəbini dəyişərək protestantlığı qəbul edib. O, çox mühafizəkar baxışları ilə tanınır.

Maykl Pens ABŞ-ın vitse-prezidenti postuna 2016-cı il iyulun 19-da Respublikaçılar Partiyasının qurultayında namizəd göstərilib.

Ailəlidir, 3 övladı var.

Bakı Amerikanın yeni rəhbərindən nə gözləyir?

  • 10 Noyabr 2016
  • comments

Dövlət Sərhəd Xidmətinin oktyabr hesabatı

  • 10 Noyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

ABŞ prezidentləri

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda