• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

ABŞ-ın yeni prezidenti

  • 10 Noyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Şərh

ABŞ-da prezident seçkisinin ilk mərhələsinə yekun vurulub. Novator.az bildirir ki, noyabrın 8-də keçirilmiş ümumxalq səsverməsinin ilkin nəticələrinə görə, Respublikaçılar Partiyasının namizədi Donald Tramp 538 nəfərlik Seçicilər Kollegiyasına 290 nümayəndə qazanıb. Onun əsas rəqibi, Demokratlar Partiyasından Hillari Klinton 232 nümayəndə ilə kifayətlənib. Prezident seçilmək üçün 270 səs bəs edir.

Dövlət başçısını dekabrın 19-da Seçicilər Kollegiyası seçəcək, amma Donald Tramp artıq qalib sayılır. Azərbaycan prezidenti İlham Əliyev də onu ABŞ prezidenti seçilməyi münasibətilə təbrik edib. Dövlət başçısı qeyd edib ki, Azərbaycanla ABŞ arasında əlaqələrin 25 illik tarixi var: “Bu müddət ərzində dostluq və əməkdaşlıq münasibətlərimiz yüksək səviyyəyə qalxıb. Siyasi, iqtisadi, enerji, təhlükəsizlik sahələrində, o cümlədən beynəlxalq terrorizmə qarşı mübarizədə və NATO-nun Əfqanıstanda sülhyaratma əməliyyatlarında fəal əməkdaşlıq edirik”.

İlham Əliyev Azərbaycanın Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkdiyini vurğulayıb: “Ərazilərimizin 20 faizi işğal altındadır, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Azərbaycanın ərazi bütövlüyünü bütün dünya birliyi və beynəlxalq təşkilatlar tanıyıb. BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb etsə də, Ermənistan buna məhəl qoymur. Bizim qəti mövqeyimiz bundan ibarətdir ki, münaqişə ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının dörd qətnaməsi, o cümlədən BMT-nin Baş Məclisi, ATƏT, Avropa Şurası, NATO, Avropa Parlamenti, İƏT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların qərar və qətnamələri yerinə yetirilməlidir. Münaqişə beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.

Ümidvaram ki, ABŞ Minsk qrupunun həmsədri kimi Sizin rəhbərliyiniz altında bu münaqişənin beynəlxalq hüquq normalarına uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli həllinə öz töhfəsini verəcək”.

Novator.az qeyd edir ki, Donald Tramp 1946-cı il iyunun 14-də Nyu-York ştatında doğulub. Ata tərəfdən alman, ana tərəfdən şotland əsillidir.

Orta təhsilini Nyu-York Hərbi Akademiyası internat məktəbində alan Donald Tramp 1968-ci ildə Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbini bitirib, bütün karyerasını tikinti biznesinə həsr edib.

1999-cu ildən Respublikaçılar Partiyasının üzvüdür. O, 2016-cı ilin prezident seçkisi marafonunda bütün partiyadaşlarını geridə qoyub. Mayın əvvəlindən Respublikaçılar Partiyasından prezidentliyə tək iddiaçı qalan Donald Tramp iyulun 19-da keçirilən qurultayda rəsmi namizəd statusu alıb.

Donald Tramp üç dəfə ailə qurub. Hazırkı xanımı – sloveniyalı fotomodel Melanya Knaussla 2005-ci ildə evlənib. Üç nikahdan beş övladı var.

Ali məktəblərin sayı 52-yə çatdı

  • 10 Noyabr 2016
  • comments

Dollar və rubl yuxarı, avro aşağı yol alıb

  • 10 Noyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

ABŞ prezidentləri

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda