• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Birləşmiş Ştatlarda seçki ştatları: ekspert son vəziyyəti şərh edir

  • 08 Noyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Şərh

ABŞ-da yaşayan siyasi ekspert Vüqar Salamlı prezident seçkisi ərəfəsindəki durumu şərh edib.

8 noyabr seçkisində ABŞ-ın dövlət başçısı postuna iki əsas iddiaçı var: Demokratlar Partiyasından Hillari Klinton və Respublikaçılar Partiyasından Donald Tramp. Prezident seçilmək üçün ştat nümayəndələrindən ibarət 538 nəfərlik Seçicilər Kollegiyasına 270 nümayəndə qazanmaq tələb olunur.

Novator.az-ın məlumatına görə, Vüqar Salamlı seçki öncəsi son durumla bağlı belə yazır: “Seçki kampaniyası əsasən tərəddüd edən Florida, Men, Nyu-Hempşir, Şimali Karolina, Nevada, Pensilvaniya, Kolorado, Ayova, Ohayo, Nyu-Meksiko, Arizona, Corciya, Miçiqan, Virciniya ştatlarında keçirilib. Digər ştatların necə səs verəcəyi öncədən bir xeyli məlumdur.

Ən çox təəccüb doğuran məqam Pensilvaniya ilə bağlıdır. Həmin ştatda 1992-ci ildən bu yana heç zaman respublikaçı namizəd qalib gəlməyib. Son iki həftəyə qədər Pensilvaniyada Klintonun üstünlüyü aşkar idi. Seçkiyə bir neçə saat qalmış isə onun Trampdan üstünlüyü 2 faizə düşüb. Məhz buna görə seçki kampaniyasının son günü Klintonun komandası bütün gücünü həmin ştata qoydu. Anlayırlar ki, bu ştatda məğlub olmaq qəbuledilməzdir.

Diqqət yenə də Floridada olacaq. Amma Trampdan fərqli olaraq Klinton Floridada qalib gəlmədən də prezident seçilə bilər. Bunun üçün o, Pensilvaniyada, Koloradoda üstünlüyü əldən verməməli və Nyu-Hempşirdə qalib olmalıdır.

Hillarinin əri Bill Klinton 1992-ci ildə Floridada uduzsa da, prezident seçilə bilmişdi. Amma sonrakı seçkilərdə bu ştatı əldən verən namizəd prezident ola bilməyib.

Tramp isə mütləq Ohayo, Ayova, Nevada, Şimali Karolinada və Nyu-Hempşirdə qalib gəlməlidir. Bunu edə bilsə, Floridadakı nəticələri gözləməli olacağıq. Tramp Floridada qalib gəlsə, seçki 269-269 nəticə ilə bitə bilər. Bu vəziyyətdə qalibi Konqres müəyyən edəcək. Belə olmamağı üçün Tramp Men ştatının 3 seçici səsindən 1-ni qazanmalıdır. 50 ştat arasında yalnız Nebraska və Mendə ştat üzrə müəyyən edilmiş seçici səsi iki namizəd arasında bölünə bilər.

2008-ci ildə Con Makkeyn Nebraska ştatında qalib gəlsə də, Barak Obama həmin ştatın 5 səsindən 1-ni qazanmışdı. İndi də ehtimal olunur ki, Men üzrə müəyyən edilmiş 3 seçici səsinin 2-ni Klinton, 1-ni Tramp qazana bilər. Bu ssenarinin prezidentin kimliyində həlledici məqam olması mümkündür”.

Prezident qalib elan olundu

  • 08 Noyabr 2016
  • comments

Qırğızıstan hökuməti təsdiqə getdi

  • 08 Noyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

ABŞ prezidentləri

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda