Azərbaycanın Silahlı Qüvvələri noyabrın 12-dən 18-dək səhra şəraitində irimiqyaslı təlim keçirəcək. Təlim qoşunların və silahların idarə olunması sisteminin yoxlanması məqsədi daşıyır.
Müdafiə Nazirliyinin rəsmi məlumatına görə, təlimlərə 60 mindən artıq şəxsi heyət, 50-dən çox təyyarə və helikopter, 150-dən artıq tank və zirehli texnika, raket və artilleriya qoşunlarının 700-dək sistemi cəlb ediləcək.