• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Mandat bölgüsü: Azərbaycan və qeyriləri

  • 03 Noyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Azərbaycanda deputatların beşdə üçə qədəri hakim partiyanın üzvüdür. Yeni Azərbaycan Partiyası 125 nəfərlik Milli Məclisdə 72 nəfərlə təmsil olunur.

Parlamentdə daha 11 partiyanın nümayəndəsi yer alır. Vətəndaş Həmrəyliyi Partiyasının 2, Ana Vətən, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Demokratik İslahatlar, Böyük Quruluş, Vətəndaş Birliyi, Sosial Rifah, Sosial Demokrat, Vəhdət, Demokratik Maarifçilik və Milli Dirçəliş Hərəkatı partiyalarının 1 mandatı var.

Milli Məclis üzvlərinin 41-i partiyasızdır.

Novator.az yaxın-uzaq ölkələrin parlamentlərinin də tərkibinə diqqət yetirib.

131 yerlik Ermənistan parlamentində hakim Respublika Partiyasının 69 deputatı var. Hökumət ortağı Daşnaksütun Partiyası parlamentdə 5 deputatla təmsil edilir.

Müxalif qurumlardan Çiçəklənən Ermənistan Partiyası 33, Erməni Milli Konqresi 7, Orinats Yerkir Partiyası 5, İrs Partiyası 4 mandata sahibdir.

7 deputat heç bir fraksiyaya məxsus deyil.

Gürcüstanda yeni parlamentin 150 deputatının 115-i hakim Demokratik Gürcüstan Partiyasını (“Gürcü arzusu”) təmsil edir. Partiyasız 1 deputat da hakim “Gürcü arzusu”na bağlıdır.

Müxalif Vahid Milli Hərəkat Partiyasının 27, Vətənpərvərlər Alyansının 6, Bizim Vətən Partiyasının 1 mandatı var.

Rusiyanın 450 yerlik Dövlət Dumasında hakim qüvvə böyük çoxluğa sahibdir. Vahid Rusiya Partiyasının 343 deputatı var.

Kommunist Partiyası parlamentin alt qanadında 42, Liberal Demokrat Partiyası 39, Ədalətli Rusiya Partiyası 23, Vətən və Vətəndaş Platforması partiyaları 1 mandatla təmsil olunur.

1 mandat müstəqil deputata məxsusdur.

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının 550 yerlik parlamentdə 317 mandatı var.

Cümhuriyyət Xalq Partiyası 133, Xalqların Demokratik Partiyası 59, Milliyyətçi Hərəkat Partiyası 40 mandata sahibdir.

Belarus parlamentin aşağı palatası olan 110 yerlik Nümayəndələr Palatasında böyük əksəriyyət prezident Aleksandr Lukaşenkoya dəstək verir.

Kommunist, Əmək və Ədalət, Vətənpərvər, Liberal Demokrat partiyalarının yer aldığı parlamentdə real 2 müxalif deputat var. Onlar Birləşmiş Vətəndaş Partiyasını və Belarus Dili Cəmiyyətini təmsil edir.

Ukraynada 450 yerlik parlamentdə hakim Pyotr Poroşenko bloku 143 mandata sahibdir.

Xalq Cəbhəsinin 81, “Müxalif blok”un 43, Samopomoş Partiyasının 26, Dirçəliş Partiyasının 23, Batkivşina blokunun 21, Radikal Partiyanın 21, “Xalq iradəsi” qrupunun 19 mandatı var.

46 deputat heç bir fraksiyaya daxil olmayıb.

ABŞ Konqresində Senat üzvlərinin 54-ü respublikaçı, 44-ü demokrat, 2-si partiyasızdır.

Nümayəndələr Palatasında isə Respublikaçılar Partiyası 246, Demokratlar Partiyası 186 mandata sahibdir.

Qırğızıstanda yeni hakim koalisiya yaradıldı

  • 03 Noyabr 2016
  • comments

47 sahibkar 491 min manat güzəştli kredit aldı

  • 03 Noyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda