• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Neft Fondu hərraclarda satdığı vəsaitin məbləğini açıqlayıb

  • 01 Noyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Dövlət Neft Fondu oktyabr ayında valyuta hərraclarında 371 milyon ABŞ dolları məbləğində vəsait satıb. Hesabatı fondun ictimaiyyətlə əlaqələr şöbəsi noyabrın 1-də açıqlayıb.

Oktyabrın 5-dən Mərkəzi Bank valyuta hərracında yeni qayda tətbiq edir. Yeni hərrac mexanizmi bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanı verir. Hərraclarda alıcılar və satıcılar hərracın təşkilatçısının elan etdiyi ilkin məzənnə ilə öz valyuta sifarişlərini yerləşdirə bilirlər. Sonra ticarət sessiyaları üzrə valyuta tələbi və təklifinin nisbəti nəzərə alınmaqla məzənnə dəyişdirilir və sonuncu sessiyanın məzənnəsi ilə hərrac başa çatdırılır.

Növbəti günün rəsmi məzənnəsi hərracda və banklararası valyuta bazarında kommersiya bankları ilə bağlanan əqdlər üzrə orta çəkili məzənnə əsasında müəyyən olunur və hər iş gününün sonuna ictimaiyyətə açıqlanır. Valyuta hərracı olmayan günlərdə isə növbəti günün məzənnəsi valyuta bazarında kommersiya bankları arasında bağlanmış alğı-satqı əqdləri üzrə formalaşan orta çəkili məzənnə əsasında müəyyənləşir.

Valyuta hərraclarının nəticələri ilə bağlı ətraflı məlumatların verilməsi dayandırılıb. Hərraca çıxarılan və satılan vəsaitlərin məbləğləri hər ayın sonunda açıqlanacaq.

Novator.az xatırladır ki, bu yeniliyin tətbiqinə qədər Mərkəzi Bank özünün və Dövlət Neft Fondunun hərraclarda satdığı vəsaitin məbləğini açıqlayırdı. Sentyabrın 29-da açıqlanmış son məlumata görə, manatın məzənnəsini nizamlamaq üçün keçirilən valyuta hərraclarında 4 milyard 817,8 milyon ABŞ dolları həcmində vəsait satılmışdı. Bunun 3 milyard 882,4 milyon dolları Dövlət Neft Fondunun, 935,4 milyon dolları Mərkəzi Bankın payına düşmüşdü.

Yusiflə Zəhra lider…

  • 01 Noyabr 2016
  • comments

Facebook-un cana xeyri varmış

  • 01 Noyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda