• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ədliyyə Nazirliyi qrant prosedurunu sadələşdirmək müzakirəsi aparıb

  • 01 Noyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Ədliyyə Nazirliyi Kollegiyasının iclasında xarici donorların Azərbaycanda qrant verməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi haqqında prezident fərmanından irəli gələn vəzifələr müzakirə olunub (Xarici qrantda “bir pəncərə” prinsipinə keçildi). Qeyd edilib ki, gələn il yanvarın 1-dən “bir pəncərə” prinsipinin tətbiqinə başlanacaq və bu prosedurda qeyri-kommersiya qurumlarına və fiziki şəxslərə münasibətdə Ədliyyə Nazirliyi əlaqələndirici qurum seçilib.

Prezident fərmanının icrası, o cümlədən vətəndaş cəmiyyətinin fəaliyyəti ilə bağlı ayrılan maliyyə vəsaitlərinin qeydiyyatı işinin dəqiq və dürüst təşkili, qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi prosedurunun sadələşdirilməsi, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı konkret tədbirlər müəyyən olunub.

Novator.az-ın məlumatına görə, oktyabrın 31-də ədliyyə naziri Fikrət Məmmədovun sədrliyi ilə keçirilən iclasda bildirilib ki, qeyri-hökumət təşkilatları üçün “Fərdi elektron pəncərə” elektron məlumat sistemi yaradılaraq aparılır və QHT-lər bu sistemdən səmərəli istifadə edirlər. Hesabata əsasən, dövlət qeydiyyatına alınan qeyri-kommersiya təşkilatlarının ümumi sayı artaraq 4300-ü, KİV-lərin sayı isə 5100-ü ötüb.

Kollegiyada bir çox qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.

İclasda başqa məsələlərdən də bəhs olunub. Diqqətə çatdırılıb ki, indiyədək Azərbaycan prezidentinin 61 əfv aktı ilə 6500-ə yaxın məhkum müxtəlif cəzalardan azad olunub, 11 amnistiya qərarı isə 118 minə qədər şəxsə tətbiq edilib, onlardan 30000-dək məhkum ailəsinə, cəmiyyətə qovuşub.

edliyye-1

81 yaşlı general prezident seçildi

  • 31 Oktyabr 2016
  • comments

Dollar noyabra köhnə qiymətlə adlayıb

  • 01 Noyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda