Prezident İlham Əliyev Mədəniyyət və Turizm Nazirliyinin əsasnaməsinə və strukturuna dəyişiklik fərmanı imzalayıb.
Nazirliyin strukturu belə müəyyən olunub:
– Mədəniyyət və Turizm Nazirliyinin aparatı (şöbələr və sektorlar)
– Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti
– Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi
– Regional mədəniyyət və turizm idarələri.
Novator.az-ın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyinin işçilərinin say həddi 379 ştat vahidi müəyyən edilib. Nazirliyin aparatında 160, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsində və regional mədəniyyət və turizm idarələrində 219 nəfər çalışacaq.
Fərmana əsasən, nazirin hüquqları siyahısında da yenilik var. Nazir aparatın işçilərini, strukturuna daxil olan qurumların rəhbərlərini və onların müavinlərini, işçilərini, habelə Azərbaycan prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi hallar istisna olmaqla nazirliyin nomenklaturasına daxil olan digər işçiləri vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür, müvafiq sahədə fərqlənən işçiləri nazirliyin təsis etdiyi döş nişanları və fəxri fərmanlarla təltif edir.
Bu il martın 29-da prezident İlham Əliyev Mədəniyyət və Turizm Nazirliyinin strukturunu təkmilləşdirməyə sərəncam verib. Sərəncama əsasən, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin bazasında Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi yaradılıb.
Yerli strukturlar isə bu regional idarələrdə birləşdirilib:
– Sumqayıt şəhər, Abşeron, Xızı, Zəngilan, Qubadlı və Şuşa rayon mədəniyyət və turizm idarə və şöbələrinin bazasında Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsi;
– Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayon mədəniyyət və turizm şöbələrinin bazasında Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsi;
– İsmayıllı, Ağsu, Şamaxı, Qobustan və Qəbələ rayon mədəniyyət və turizm şöbələrinin bazasında İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi;
– Şəki şəhər, Oğuz, Qax, Zaqatala və Balakən rayon mədəniyyət və turizm şöbələrinin bazasında Şəki Regional Mədəniyyət və Turizm İdarəsi;
– Kürdəmir, İmişli, Füzuli, Beyləqan və Xocavənd rayon mədəniyyət və turizm şöbələrinin bazasında Kürdəmir Regional Mədəniyyət və Turizm İdarəsi;
– Ağstafa, Qazax və Tovuz rayon mədəniyyət və turizm şöbələrinin bazasında Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsi;
– Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayon mədəniyyət və turizm şöbələrinin bazasında Şəmkir Regional Mədəniyyət və Turizm İdarəsi;
– Gəncə və Naftalan şəhər, Samux, Goranboy, Kəlbəcər və Xocalı rayon mədəniyyət və turizm idarə və şöbələrinin bazasında Gəncə Regional Mədəniyyət və Turizm İdarəsi;
– Yevlax və Mingəçevir şəhər, Bərdə və Tərtər rayon mədəniyyət və turizm şöbələrinin bazasında Bərdə Regional Mədəniyyət və Turizm İdarəsi;
– Ağcabədi, Ağdam və Laçın rayon mədəniyyət və turizm şöbələrinin bazasında Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsi;
– Ağdaş, Ucar, Zərdab və Göyçay rayon mədəniyyət və turizm şöbələrinin bazasında Ağdaş Regional Mədəniyyət və Turizm İdarəsi;
– Şirvan şəhər, Sabirabad, Saatlı, və Hacıqabul rayon mədəniyyət və turizm şöbələrinin bazasında Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsi;
– Biləsuvar, Salyan, Neftçala və Cəbrayıl rayon mədəniyyət və turizm şöbələrinin bazasında Biləsuvar Regional Mədəniyyət və Turizm İdarəsi;
– Masallı, Yardımlı və Cəlilabad rayon mədəniyyət və turizm şöbələrinin bazasında Masallı Regional Mədəniyyət və Turizm İdarəsi;
– Lənkəran şəhər, Astara və Lerik rayon mədəniyyət və turizm şöbələrinin bazasında Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsi.