• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Mişel Hillariyə dəstək, Hillari Mişelə söz verdi

  • 28 Oktyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

ABŞ-ın birinci xanımı Mişel Obama prezident postuna Demokratlar Partiyasının namizədi Hillari Klintona dəstək nümayiş etdirib.

Noyabrın 8-də ABŞ-ın 45-ci prezidenti seçiləcək. Dövlət başçısı postuna iki şanslı iddiaçı var: Demokratlar Partiyasından Hillari Klinton, Respublikaçılar Partiyasından Donald Tramp.

Novator.az-ın məlumatına görə, Şimali Karolina ştatında keçirilən seçkiqabağı mitinqdə Mişel Obama amerikalıları Klintona səs verməyə çağırıb və Hillarini “mənim qızım” adlandırıb: “Hillari Klinton mənim rəfiqəmdir”.

Birinci xanım ABŞ prezidentinin üstün keyfiyyətlərə malik olmasının vacibliyini vurğulayıb: “Biz istəyirik ki, prezident öz işinə ciddi yanaşsın. Dövlət başçısı elə bir şəxs olmalıdır ki, ona nüvə kodlarını etibar edə bilək”.

Mitinqdə çıxış edən Hillari Klinton da öz növbəsində Mişel Obamaya söz verib ki, seçkidə qalib gələrsə, onun Ağ evin çəmənliyində əkdiyi bostanın qayğısına qalacaq.

Mişel və Hillari həmyerlidirlər. Onların hər ikisi Çikaqoda doğulub.

Mişel Obama 1985-ci ildə Prinston Universitetini (sosiologiya bakalavrı), 1988-ci ildə Harvard Hüquq Məktəbini (hüquq doktoru) bitirib. İlk iş yeri “Sidli Ostin” hüquq firmasında olan Mişel burada Barak Obama ilə tanış olaraq ona ərə gedib.

1992-ci ildə Çikaqo merinin köməkçisi, daha sonra meriyanın planlaşdırma və inkişaf üzrə komissar müavini vəzifələrini tutub. 1993-96-cı illərdə qeyri-kommersiya qurumlarında çalışan xanım Obama daha sonra Çikaqo Universitetində dekan köməkçisi olub. 2002-ci ildə Mişel həmin universitetin nəzdində Akademik Tibb Mərkəzinə icraçı direktor təyin olunub. 2005-ci ildən həmin mərkəzin vitse-prezidenti olub.

69 yaşlı Hillari Klinton 1969-cu ildə Uellsli Kollecini, 1973-cü ildə Yel Universitetinin hüquq fakültəsini bitirib. O, 1993-2001-ci illərdə ABŞ prezidenti olmuş Bill Klintonun həyat yoldaşıdır. 2009-2013-cü illərdə ABŞ-ın dövlət katibi postunu tutub.

U.S. first lady Michelle Obama embraces U.S. Democratic presidential candidate Hillary Clinton as they arrive at a campaign rally in Winston-Salem, North Carolina, U.S., October 27, 2016. REUTERS/Carlos Barria
First lady Michelle Obama (L) and U.S. Democratic presidential candidate Hillary Clinton wave after a campaign rally in Winston-Salem, North Carolina, October 27, 2016. REUTERS/Carlos Barria

First lady Michelle Obama embraces U.S. Democratic presidential candidate Hillary Clinton as they arrive at a campaign rally in Winston-Salem, North Carolina, U.S. October 27, 2016. REUTERS/Carlos Barria
U.S. Democratic presidential candidate Hillary Clinton arrives to a campaign rally accompanied by U.S. first lady Michelle Obama in Winston-Salem, North Carolina, U.S., October 27, 2016. REUTERS/Carlos Barria

 

“Azərbaycan ən mühüm tarixi sənədlərin imzalandığı...

  • 28 Oktyabr 2016
  • comments

Nazirlik əlillərlə bağlı 9 aylıq hesabat yayıb

  • 28 Oktyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Gender
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda