• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

1000 yaxşı universitet içində…

  • 27 Oktyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

ABŞ-ın www.usnews.com elm nəşri dünyanın ən yaxşı universitetlərinin siyahısını açıqlayıb. 60-a qədər ölkənin 1000 universitetinin içində Azərbaycanın heç bir ali təhsil ocağı yoxdur.

Azadliq.org-un məlumatına görə, universitetlər elmi araşdırma fəaliyyətinə, qlobal və regional nüfuzuna görə seçilib, apardığı elmi araşdırmalar, elmi nəşrlərin, məqalələrin, kitabların sanbalı, beynəlxalq əməkdaşlıq səviyyəsi kimi amillərə əsasən qiymətləndirilib.

100 ballıq sistemlə qiymətləndirməyə görə, ilk 10-luqda ABŞ-ın Harvard Universiteti (100 bal), Massaçusets Texnologiya İnstitutu (97,9), Stenford Universiteti (92,9), Kaliforniya-Berkli Universiteti (92,8), Kaliforniya Texnologiya İnstitutu (89,3), Britaniyanın Oksford Universiteti (88,1), Kembric Universiteti (86,3), Prinston Universiteti (86,2), Kolumbiya Universiteti (85,9) və Kaliforniya-Los-Anceles Universiteti (85,8) yer alır.

Siyahıya Türkiyənin 23 ali təhsil ocağı düşüb. Onlardan ən çox bal toplayanı Boğaziçi Universiteti (64,7), Yaxın Şərq Texniki Universiteti (61,1), İstanbul Texniki Universitetidir (59,9).

www.usnews.com-un siyahısında İranın 11, Rusiyanın 10 təhsil ocağının adı çəkilir. Rusiyadan ən çox bal toplayan Moskva Dövlət Universiteti 59,3 balla qiymətləndirilib. Moskvadakı Milli Nüvə Araşdırma Universiteti 53,1, Sankt-Peterburq Dövlət Universiteti 49,6 bal alıb.

İranın Şərif Texnologiya Universiteti (53,4 bal), Tehran Universiteti (51,8), İsfahan Universiteti (49,6) bu ölkənin ən yaxşı ali təhsil ocaqları hesab olunub.

Sonuncu yerlərdən birini tutsa da, Gürcüstan Dövlət Universitetinin də adı dünyanın ən güclü 1000 ali təhsil ocaqları siyahısındadır.

Dollarda sabitlik

  • 27 Oktyabr 2016
  • comments

Dünyada heyvanların sayı sürətlə azalır

  • 27 Oktyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Təhsil

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda