Azərbaycan Mərkəzi Bankı oktyabrın 25-də əksər xarici valyutanın kursunu yuxarı istiqamətdə dəyişib. Məzənnə cədvəlinə əsasən, yalnız gürcü larisi, özbək somu və yapon yeni ucuzlaşıb.
Novator.az xəbər verir ki, Mərkəzi Bank ABŞ dollarını 1,6211 manata təklif edir. Ötən gün rəsmi məzənnə 1,6151 manat idi.
Avronun kursu 1,7549 manatdan 1,7638 manata, Rusiya rublunun kursu 0,0258 manatdan 0,0261 manata yüksəlib.
Gürcü larisi 0,6826 manata, ingilis funt sterlinqi 1,9808 manata, türk lirəsi 0,526 manata satılır.