Oktyabrın 25-i yerli vaxtla saat 8:50-də Türkiyənin Antalya şəhərində, Ticarət və Sənaye Palatası qarşısındakı avtomobil dayanacağında partlayış baş verib.
Novator.az-ın məlumatına görə, Antalya Bələdiyyəsinin başqanı Menderes Turel jurnalistlərə açıqlamasında 10-12 nəfərin yüngül yaralandığını bildirib.
Partlayışın terror aktı olub-olmadığı araşdırılır.
Bu gün saat 15-də Antalya Ticarət və Sənaye Palatasında 150-dək iş adamının iştirakı ilə toplantı keçirilməli idi. Toplantıya Menderes Turelin də qatılacağı gözlənirdi.