• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qənimət Zahid yeni etibarnamə göndərsə də…

  • 24 Oktyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

“Azadlıq” qəzeti hələ də çapını bərpa edə bilmir. Avqustun 20-də qəzetin maliyyə direktoru Faiq Əmirli həbs ediləndən redaksiyanın bank əməliyyatı aparması mümkün olmayıb. Əvvəlcə Beynəlxalq Bankın Səbail filialı maliyyə direktorunun səlahiyyətlərinin icrası üçün başqa şəxsin imza nümunəsinin notarial qaydada təsdiqini istəyib. İmza nümunəsi məsələsi həll ediləndən sonra bank baş redaktor Qənimət Zahidin baş redaktorun birinci müavini Rahim Hacıyevə verdiyi etibarnamənin yenilənməsi tələbini qoyub.

“Azadlıq”ın redaktoru Rövşən Hacıbəyli oktyabrın 24-də Novator.az-a deyib ki, 2011-ci ildən Fransada yaşayan baş redaktor Qənimət Zahid səlahiyyətlərinin icrası üçün baş redaktorun birinci müavini Rahim Hacıyevə etibarnamə verib: “Həmin sənəd əsasında Rahim Hacıyev baş redaktor əvəzi sayılır, redaksiyanı bütün rəsmi orqanlarda təmsil edir. Etibarnamə 2017-ci ilədək qüvvədə olsa da, Beynəlxalq Bank yeni etibarnamə istədi”.

Rövşən Hacıbəylinin sözlərinə görə, bir müddət əvvəl Qənimət Zahid Rahim Hacıyevin adına yeni etibarnamə göndərib və sənəd Beynəlxalq Bankın mərkəzi ofisinə təqdim olunub. Amma hələ də redaksiyanın maliyyə əməliyyatları aparması, nəşriyyata vəsait ödəyib çapını bərpa etməsi mümkün olmur.

Bank əməliyyatları apara bilmədiyindən qəzetin “Azərbaycan” nəşriyyatına borcu artıb, sentyabrın 5-də “Azadlıq”ın çapından imtina edilib.

Maliyyə direktoru Faiq Əmirliyə gəlincə, avqustun 22-də Nəsimi Rayon Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsi onu ABŞ-da yaşayan türkiyəli ilahiyyatçı Fətullah Gülənin rəhbərlik etdiyi “Hizmət hərəkatı”nın nümayəndəsi olmaqda, Azərbaycanda “fətullahçılığı” təbliğ etməkdə, dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarını pozmaqda, öz qulluq mövqeyindən istifadə etməklə sosial, dini nifrət və düşmənçilik salmaq cəhdində günahlandırır.

Faiq Əmirli ittihamları rədd edir, həbsin siyasi xarakter daşıdığını vurğulayır. O, istintaqa ifadə verməkdən imtina edib. Maliyyə direktorunun vəkili Aqil Layıcov bəyan edib ki, imtinaya səbəb istintaq hərəkətlərinin mahiyyətə uyğun gəlməməsi, Faiq Əmirliyə “Azadlıq” qəzetinin satışı, qəzetin maliyyə qaynaqları barədə suallar verilməsidir.

Azalan idxal hansı ölkələr üzrə çoxalıb?

  • 24 Oktyabr 2016
  • comments

Əmək Müfəttişliyi Xidməti 9 ayın hesabatını verib

  • 24 Oktyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran savaşı: ilk xəbərlər

GLOBALS:0
comments
AktualDünyanın səsiXəbər

Niyə uşaq saxlamaq çətindir? (BMT-nin hesabatı)

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

2024 səksən illik bir dövrdə ən münaqişəli il olub

GLOBALS:0
comments
AktualDünyanın səsiXəbər

122 milyondan çox didərgin var

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran savaşı: ilk xəbərlər

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

İsrail-İran savaşı: ilk xəbərlər

GLOBALS:0
comments
AktualDünyanın səsiXəbər

Niyə uşaq saxlamaq çətindir? (BMT-nin hesabatı)

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

2024 səksən illik bir dövrdə ən münaqişəli il olub

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda