Əhali gəlirinin 78,6 faizini istehlaka xərcləyib. Dövlət Statistika Komitəsinin 9 aylıq hesabatında belə deyilir.
Novator.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, 2016-cı ilin yanvar-sentyabr aylarında ölkə əhalisinin hər nəfərə düşən gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 7,4 faiz artaraq 3403,6 manat və ya ayda orta hesabla 378,2 manat təşkil edib.
Bu dövrdə əldə edilmiş 32 milyard 762,5 milyon manatlıq gəlirin 78,6 faizi son istehlak xərclərinə, 9,2 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,6 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilib, 9,6 faizi isə yığıma yönəldilib.
Bütün icbari və könüllü haqlar ödənildikdən sonra əhalinin sərəncamında 29 milyard 735,4 milyon manat və ya əhalinin hər nəfərinə orta hesabla 3089,1 manat vəsait qalıb.