• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Son debat “iyrənc” həddə çatıb

  • 20 Oktyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Bu həftə ABŞ prezidentliyinə namizədlər respublikaçı Donald Tramp və demokrat Hillari Klinton son debata çıxıblar.

Debatın aparıcısı “Foks” televiziyasının əməkdaşı Kris Vallas olub.

Novator.az-ın məlumatına görə, Las-Veqasda təşkil olunan və televiziya ilə birbaşa yayılan debat gərgin keçib. Namizədlər miqrasiya böhranı, amerikalıların sosial təminatı, dövlətin borcu kimi məsələlər ətrafında fikirlərini bildirib, sualları cavablandırıblar və bu zaman bir-birilərinə ağır ittihamlar səsləndirib, hətta bir-birilərini təhqir ediblər.

Respublikaçılar Partiyasının namizədi Donald Tramp prezident seçkisinin nəticəsini tanıyıb-tanımayacağı məsələsinə aydınlıq gətirməyib.  Demokratlar Partiyasının namizədi Hillari Klinton bunu “dəhşətli məqam” kimi qiymətləndirib. Klinton deyib ki, namizədlərin seçkinin nəticəsini qəbul etməsi ABŞ demokratiyasının təməl prinsiplərindəndir.

Müzakirələrdə Trampın 2005-ci ildə qadınlar haqda işlətdiyi kobud ifadələrin yer aldığı səs yazısı da gündəmə gətirilib. Həmin səs yazısı ötən həftə üzə çıxarılıb. Donald Tramp iddia edib ki, ona şər atması üçün Hillari Klinton bir neçə qadına pul verib.

Hillari Klinton vəd edib ki, prezident seçilsə, ABŞ hökumətinin sosial təminat-təqaüd proqramının maliyyələşdirilməsinə kömək məqsədilə vergiləri artıracaq. Bunu deyəndə Hillari Klinton rəqibinə atmaca atıb. Bildirib ki, həmin vaxt Tramp yüksək vergi ödəməkdən yayınmağın yollarını axtarar. Donald Tramp bu atmacaya “Nə qədər iyrənc qadınsan” sözləriylə cavab verib. Hillari Klinton buna cavab olaraq Rusiyanın, daha dəqiqi, Rusiya prezidenti Vladimir Putinin Donald Trampın seçki kampaniyasına yardım etdiyi barədə “Wikileaks” portalında dərc edilən sənədləri xatırladıb və deyib: “Sən daha iyrəncsən, Putinin kuklasısan”. Trampın cavabı belə olub: “Putin səndən və Barak Obamadan daha ağıllıdır”. Tramp bildirib ki, Klinton prezident seçilsə, ABŞ siyasətində “fəlakətli dövr” başlanacaq.

Debatda namizədlər Suriyada qırğınların qarşısını almağın, İŞİD-lə mübarizə aparmağın yollarından da danışıblar. Hillari Klinton Suriyaya ABŞ-ın quru qoşunları göndərməsinin tərəfdarı olmadığını bildirib.

Hazırkı prezident Barak Obamanın İraq siyasətini sərt şəkildə tənqid edən Donald Tramp isə deyib ki, Obama Amerika qoşunlarını İraqdan çıxarmaqla İraqı İrana təslim etmiş olub. Tramp bildirib ki, hətta buna görə İran yaxın vaxtda Ağ evə təşəkkür məktubu da göndərəcək.

Debatın sonunda namizədlər bir-birinin əlini sıxmayıb.

ABŞ-da prezident seçkisi noyabrın 8-də keçiriləcək. Dövlət başçısını ştatların seçki günü müəyyənləşən nümayəndələri – 538 nəfərlik Seçicilər Kollegiyası seçir. Ştatların neçə nümayəndə seçməsi əhalinin sayından asılıdır. Prezident seçilmək üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq lazımdır.

Donald Tramp 1946-cı ildə Nyu-York ştatında doğulub. Nyu-York Hərbi Akademiyasını və Pensilvaniya Universitetinin Uorton Biznes Məktəbini bitirib. Tikinti maqnatıdır.

Hillari Klinton 1947-ci ildə Çikaqoda doğulub. Yel Universitetinin hüquq fakültəsini bitirib. 1993-2001-ci illərdə prezident postunu tutmuş Bill Klintonun xanımıdır. 2009-2013-cü illərdə ABŞ-ın dövlət katibi olub.

Dollar son 40 gündə

  • 20 Oktyabr 2016
  • comments

“Rayon icra hakimiyyətlərindən çox şey asılıdır”

  • 20 Oktyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0

Tags

  • Gender
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda