• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycanla bağlı “Təqib, həbs, sürgün” hesabatı

  • 20 Oktyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

“Azərbaycanda həbslər kəskin artıb. Hökumət tənqidçilərin və müstəqil qrupların sərt şəkildə susdurulmasını və təqibini davam etdirir”.  Azadliq.org-un məlumatına görə, “Human Rights Watch” (HRW) beynəlxalq insan haqları təşkilatının Azərbaycan haqda oktyabrın 20-də açıqladığı yeni hesabatda belə deyilir.

“Təqib, həbs, sürgün: Azərbaycan hökumətinin tənqidçilərinə, hüquq müdafiəçilərinə və vətəndaş cəmiyyətinə davamlı basqısı”  başlıqlı hesabatda hökumətin vətəndaş cəmiyyətinin dağıdılması istiqamətində göstərdiyi cəhdlərdən bəhs olunur.

HRW Azərbaycanda həbslərin artmasını ölkədəki iqtisadi böhran, eləcə də prezidentin səlahiyyətlərini artıran konstitusiya dəyişiklikləri ilə bağlı narazılığın güclənməsinə bağlayır. Qeyd olunur ki, 2016-cı ildə Azərbaycan hökuməti ən azı 20 siyasi fəalı, o cümlədən gəncləri həbs edib: “Hökumət siyasi fəalları, eləcə də jurnalistləri məhkəməyə çəkmək üçün qondarma, siyasi motivli inzibati və cinayət ittihamlarından yararlanıb. Fikirlərinə görə tutulanlar qanunsuz narkotik maddə saxlamaqda, ya da qanunsuz biznes fəaliyyətində günahlandırılıblar. Bəzi fəallar isə Türkiyədə çevrilişə cəhddə ittiham olunan ilahiyyatçı Fətullah Gülənlə əlaqədə təqsirləndirilərək həbs edilib”.

HRW Azərbaycan hökumətinin bəzi məhbuslarla pis rəftar etdiyini, məhbusların döyüldüyünü, zorlanma, ya da yaxınlarına qarşı zorakılıqla təhdid olunduğunu, təkadamlıq kameralara salındığını, bununla onların törətmədikləri cinayəti etiraf etməsinə və cəzalanmasına nail olduğunu bildirir.

Hesabatda bildirilir ki, 2015-ci ilin sonu və 2016-cı ilin əvvəlində Azərbaycan hökuməti bəzi insan haqları müdafiəçilərini azad etsə də, çoxları hələ də həbsdədir, ya da ölkədən qaçmalı olub.

HRW bir çox siyasi fəalın, o cümlədən hökuməti tənqid etdiyinə görə həbsə atılmış müxalifət lideri İlqar Məmmədovun bütün çağırışlara rəğmən buraxılmadığını xatırladır.

Hesabatda qeyd olunur ki, dövlətin qoyduğu qanuni məhdudiyyətlər, yeni qaydalar, QHT rəhbərlərinin təqibi Azərbaycanda müstəqil qrupların da işini iflic edib: “Tənqidçi QHT-lər, xüsusilə şəffaflıq, dövlət məsuliyyəti və insan haqları ilə bağlı fəaliyyət göstərən QHT-lərin iş görməsinə şərait yoxdur”.

Təşkilat Azərbaycan hökumətini təcili ölçü götürməyə, siyasi məhbusları, ictimai fəalları, jurnalistləri və hüquq müdafiəçilərini azad etməyə, hökuməti tənqid edənlərin və onların yaxınlarının təqibinə, vətəndaş cəmiyyətinin susdurulmasına, Azərbaycan xalqının sərbəst birləşmək azadlığına müdaxiləyə son qoymağa, QHT-lərlə bağlı qanunlara düzəliş etməyə çağırır.

“Rusiyanın da, elə onun bütün dostlarının da bəxti...

  • 20 Oktyabr 2016
  • comments

Rusiya: 85 faiz maaşından narazıdır

  • 20 Oktyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

“AzəriLayt”ın qiyməti

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Pekin nadir metallar üzərində nəzarəti gücləndirir

GLOBALS:0
comments
Xəbər

Bakı: rayonlar üzrə orta maaş

GLOBALS:0
comments
Xəbər

Təhsil statistikası

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

“AzəriLayt”ın qiyməti

Son materiallar

comments
Xəbər

“AzəriLayt”ın qiyməti

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Pekin nadir metallar üzərində nəzarəti gücləndirir

GLOBALS:0
comments
Xəbər

Bakı: rayonlar üzrə orta maaş

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda