• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Makroiqtisadi göstəricilər açıqlanıb

  • 18 Oktyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Dövlət Statistika Komitəsi 2016-cı ilin yanvar-sentyabr ayları üzrə makroiqtisadi göstəriciləri açıqlayıb. Novator.az-ın məlumatına görə, hesabatda bildirilir ki, 9 ayda ümumi daxili məhsulun (ÜDM) 37,7 faizi sənayenin, 11,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 9,7 faizi tikinti, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,9 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sektorunun, 16,7 faizi digər sahələrin payına düşüb. Məhsula və idxala xalis vergilər ÜDM-in 7,5 faizinə bərabər olub.

Hesabata əsasən, sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 2016-cı ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,2 faiz çox sənaye məhsulu istehsal edib: “2015-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,4 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 1,8 faiz, heyvandarlıq məhsulları istehsalı isə 3,1 faiz artıb.

2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 0,9 faiz azalıb, sərnişin daşınması isə 1,9 faiz artıb. İnformasiya və rabitə xidmətlərinin həcmi 5,5 faiz artıb, bu sahədə əldə edilmiş gəlirin 80,9 faizi qeyri-dövlət sektorunun payına düşüb.

Mərkəzi Bankın məlumatlarına görə, 2016-cı ilin sentyabr ayının 1-nə ölkənin bank və bank olmayan kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 16 milyard 839,7 milyon manat təşkil edib. Kredit portfeli 2015-ci il sentyabr ayının 1-i ilə müqayisədə 16,2 faiz azalıb. Ödəmə vaxtı keçmiş kreditlərin məbləği ümumi kredit portfelinin 9,5 faizinə bərabər olub. Əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği 2016-cı il sentyabr ayının 1-nə 7 milyard 931,9 milyon manat təşkil edib”.

Hesabatda qeyd olunur ki, 2016-cı ilin yanvar-avqust aylarında əhalinin sayı 70,1 min nəfər və ya 0,7 faiz artaraq 2016-cı il sentyabr ayının 1-nə 9 milyon 775,7 min nəfərə çatıb.

Prezident: “Bizim siyasətimiz güzəştsiz siyasətdir...

  • 18 Oktyabr 2016
  • comments

Dollar yerində qalıb

  • 18 Oktyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Pekin nadir metallar üzərində nəzarəti gücləndirir

GLOBALS:0
comments
Xəbər

Bakı: rayonlar üzrə orta maaş

GLOBALS:0
comments
Xəbər

Təhsil statistikası

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Litva: yeni baş nazirə yaşıl işıq

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Pekin nadir metallar üzərində nəzarəti gücləndirir

Son materiallar

comments
Dünyanın səsiXəbər

Pekin nadir metallar üzərində nəzarəti gücləndirir

GLOBALS:0
comments
Xəbər

Bakı: rayonlar üzrə orta maaş

GLOBALS:0
comments
Xəbər

Təhsil statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda