2016-cı ilin 9 ayı üzrə gömrük hüquqpozmalarının statistikası bəlli olub. Novator.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin hesabatında qeyd olunur ki, yanvar-sentyabr aylarında gömrük orqanları cinayət xarakterli 375 fakt aşkarlayıb. Bunun 218-i qaçaqmalçılıq faktı, 90-nı narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar faktlar, 6-sı gömrük ödənişindən yayınma, 68-i aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan idxal etmə, 91-i digər cinayət xarakterli faktlardır.
9 ayda gömrük hüquqpozmalarında 421 şəxs təqsirləndirilib.
Hesabat dövründə Dövlət Gömrük Komitəsi 6226 inzibati xəta faktı ortaya çıxarıb.