• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Valyuta hərracında yeni qayda: üstünlük nədir, çatışmayan nə?

  • 14 Oktyabr 2016
  • comments
  • Redaktor
  • Posted in ŞərhXəbər

Oktyabrın 5-dən Mərkəzi Bank valyuta hərracında yeni qayda tətbiq edir. Rəsmi açıqlamada qeyd olunub ki, yeni hərrac mexanizmi bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanı verir: “Blumberq” ticarət sisteminin yeni platformasında təşkil olunan bu hərraclarda alıcılar və satıcılar hərracın təşkilatçısının elan etdiyi ilkin məzənnə ilə öz valyuta sifarişlərini yerləşdirə bilirlər. Sonra ticarət sessiyaları üzrə valyuta tələbi və təklifinin nisbəti nəzərə alınmaqla məzənnə dəyişdirilir və sonuncu sessiyanın məzənnəsi ilə hərrac başa çatdırılır.

Növbəti günün rəsmi məzənnəsi hərracda və banklararası valyuta bazarında kommersiya bankları ilə bağlanan əqdlər üzrə orta çəkili məzənnə əsasında müəyyən olunur və hər iş gününün sonuna ictimaiyyətə açıqlanır. Valyuta hərracı olmayan günlərdə isə növbəti günün məzənnəsi valyuta bazarında kommersiya bankları arasında bağlanmış alğı-satqı əqdləri üzrə formalaşan orta çəkili məzənnə əsasında müəyyənləşir”.

Beləliklə, valyuta hərraclarının nəticələri ilə bağlı ətraflı məlumatların verilməsi dayandırılıb. Mərkəzi Bankdan Fins.az-a bildirilib ki, hərraca çıxarılan və satılan vəsaitlərin məbləğləri hər ayın sonunda açıqlanacaq.

Bu yeniliyin tətbiqinə qədər Mərkəzi Bank özünün və Dövlət Neft Fondunun hərraclarda satdığı vəsaitin məbləğini açıqlayırdı. Sentyabrın 29-da açıqlanmış son məlumatı əsas götürsək, manatın məzənnəsini nizamlamaq üçün bu il keçirilən valyuta hərraclarında 4 milyard 817,8 milyon ABŞ dolları həcmində vəsait satılıb. Bunun 3 milyard 882,4 milyon dolları Dövlət Neft Fondunun, 935,4 milyon dolları Mərkəzi Bankın payına düşür.

Mərkəzi Bankın hərrac yeniliyini Novator.az-a şərh edən iqtisadçı ekspert Samir Əliyev deyib ki, indiki mexanizm daha təkmil və əlverişlidir: “Əvvəlki hərrac mexanizmində satışı birtərəfli qaydada Mərkəzi Bank və Neft Fondu aparırdı, indi banklar da prosesdə iştirak imkanı qazanır. Əvvəl banklar ancaq dollar almaq üçün sifariş verə bilirdi, indi həm də satmaq imkanı qazanıblar.

Ancaq dollar satışı mexanizminin dəyişməsi dollar bolluğu yarada bilməz. Ölkədə dolların fundamental problemi bir məsələyə bağlıdır: neftdən kənar dollar gəlmir, neftdən kənar dollar çıxarılır. Nəticədə qıtlıq yaranır. Belə vəziyyətdə Mərkəzi Bankın valyuta hərracı ilə bağlı yeni mexanizmi prosesə daha həssas yanaşmanın nəticəsidir.

Mərkəzi Bankın indiki mexanizmdə prosesi nəzarətdə saxlamaq imkanı əvvəlkinə nisbətən daha azdır. Bu isə manatın məzənnəsində oynamaları artıra bilər. Bununla belə, manatın üzən məzənnəyə keçdiyini demək olmaz. Manatın üzməsi üçün iqtisadi şərait yoxdur və Mərkəzi Bank bazara nəzarət etməyə məhkumdur”.

Samir Əliyev əlavə edib ki, yeni hərrac mexanizmində gündəlik əməliyyatların həcmi barədə məlumat verilməməsi təəssüf doğurur: “Bu, ölkənin valyuta bazarını dərindən qiymətləndirməyi çətinləşdirir. Xüsusilə nəzərə alaq ki, ölkədə banklararası valyuta birjası fəaliyyət göstərmir, həmin funksiyanı hərrac yerinə yetirir. Mərkəzi Bankın gündəlik alğı-satqı barədə məlumatları ictimaiyyətə açıqlaması yaxşı olardı”.

Nazir inşaat işlərinin gedişini yoxlayıb

  • 14 Oktyabr 2016
  • comments

Yarım milyard manatdan çox büdcə kəsiri var

  • 14 Oktyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda