• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ardı var?

  • 12 Oktyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Şərh

Azərbaycanın milli futbol komandası 2018-ci ilin dünya çempionatının seçmə mərhələsinə yaxşı başlayıb. Avropa zonasının C qrupunda yarışan milli komanda 3 oyuna 7 xal toplayaraq 2-ci yerdədir. Azərbaycan səfərdə San Marinonu, evdə Norveçi 1:0 udub, Çexiya ilə səfər oyununda heç-heçə əldə edib (0:0).

Rusiyada keçiriləcək final mərhələsinə Avropadan 13 vəsiqə uğrunda mübarizə 9 qrupda gedir. Qrup 1-ciləri finala birbaşa vəsiqə alacaq, 2-ci yeri tutan komandalardan 8-i isə qalan vəsiqələr üçün əlavə oyunlar keçirəcək.

C qrupuna Almaniya başçılıq edir və 1-ci yeri onun tutacağı şübhə doğurmur. Şimali İrlandiya milli komandasının da yer aldığı qrupda Azərbaycanın 2-ci yeri tutacağı inandırıcı görünürmü?

Novator.az-ın sualını cavablandıran jurnalist Xalid Kazımlı İslandiyanı misal gətirib: “Bir il öncəyə qədər İslandiya düşdüyü bütün qruplarda autsayder olurdu. Keçən ildən başlayaraq İslandiya uğurlu bir seriyaya başladı, Avropa çempionatına qatılıb yaxşı çıxış etdi, hamını mat qoydu.

İslandiya yenə yaxşı çıxış edir, belə getsə, 2018-ci ildə keçiriləcək dünya çempionatına da vəsiqə qazanacaq. Deməli, bu millinin uğurları təsadüf deyil, nəsə bir qanunauyğunluğa bağlıdır.

Ümid edək ki, Azərbaycan millisi də, nəhayət, şeytanın qıçını qırıb. Buna indilikdə müəyyən ümidlər var. Almaniyanı çıxmaqla qrupdakı bütün rəqiblərə qalib gəlmək, onlarla heç-heç oynamaq mümkündür və hazırda proses belə gedir.

Ancaq arxayınlaşmaq olmaz, heyəti daha da gücləndirmək, futbolçulara əməlli-başlı məşq keçmək, eləcə də intellektual səpkidə iş aparmaq lazımdır”.

Jurnalist Ruslan Bəşirli hesab edir ki, Azərbaycanın qrupdan çıxması mümkündür: “Milli komandanın oyununda sözün əsl mənasında məşqçi işi görünür. Qarşıdakı görüşlərdə də yaxşı nəticə göstərilsə, Azərbaycan millisi dünya çempionatına qatıla bilər.

Komandamızın çatışmayan cəhətləri var. Müdafiədə çox yaxşı oynayır, yarımmüdafiə bir az problemlidir, hücum xətti isə bir qədər dişsiz görünür. İnşallah, hücum xətti Ramil Şeydayevlə düzələr, onun oyunu getdikcə açılacaq”.

“Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli Azadliq.org-a deyib ki, dünya çempionatına qatılmaq xəyalı qurmaqdan ötrü noyabrın 11-ni – Şimali İrlandiya ilə səfər oyununu gözləmək lazımdır: “Turnir cədvəlində ən yaxın izləyicimiz Şimali İrlandiyadır. Şimali İrlandiyadan da xal almaq olar. Azərbaycan yığması Norveç və Çexiya ilə oyunlarda göstərdi ki, artıq atletik futbol, yəni texnikalı futboldan fərqli üslub ortaya qoyan komandalarla da oynamağı bacarır.

Həm də iştaha diş altındadır. Uşaqlarda özünə inam artıb. İlk üç oyunda qol buraxmadan oynayıblar, iki qələbə, bir heç-heçə var, bunlar özünə inamı artırır və böyük uğura səsləyir. Amma nəyəsə ümid etmək üçün Şimali İrlandiyadan xal almaq lazımdır, bundan sonra şirin xəyallar qurmaq olar”.

2014-cü il dekabrın 3-dən Azərbaycan milli futbol komandasının baş məşqçisi postunu xorvat Robert Prosineçki tutur. 47 yaşlı Prosineçki futbolçu karyerasına Zaqreb “Dinamo”sunda başlayıb, sonra “Srvena Zvezda”nın (Serbiya) şərəfini qoruyub.       

Yarımmüdafiəçi mövqeyində oynayan futbolçu İspaniyanın “Real”, “Ovyedo”, “Barselona”, “Sevilya”, Belçikanın “Standard”, İngiltərənin “Portsmut” komandalarının və bir neçə başqa klubun da formasını geyinib.

Yuqoslaviya milli komandasında 15 oyun (4 qol), Xorvatiya yığmasında 49 oyun (10 qol) keçirib.

O, Xorvatiya yığmasının məşqçisi, “Srvena Zvezda”nın və Türkiyənin “Kayserispor” komandasının baş məşqçisi olub.

Vergi pozuntuları ilə mübarizə statistikası

  • 12 Oktyabr 2016
  • comments

Cavid Hüseynov azadlığa buraxıldı

  • 12 Oktyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0

Tags

  • İdman

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda