Vergilər Nazirliyi 2016-cı ilin 9 ayı ərzində vergi orqanlarına daxil olmuş vətəndaş müraciətləri haqqında hesabat yayıb. Hesabata görə, 9 ayda vergi orqanlarına 67 255 müraciət daxil olub. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,9% azdır.
Müraciətlərin 96,3%-i ərizə, 3,5%-i şikayət, 0,2%-i təklifdir. Onların 73,3%-i müsbət həll olunub.
Hesabat dövründə vergi orqanlarına daxil olmuş şikayətlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,5% azalıb.