Oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin 25 ili tamam olur. 1991-ci ilin həmin günü ölkə parlamenti dövlət müstəqilliyinin bərpası haqqında 30 avqust bəyannaməsinə əsaslanaraq uyğun konstitusiya aktı qəbul edib, dekabrın 29-da isə həmin akt ümumxalq səsverməsi ilə təsdiqlənib.
Dövlət müstəqilliyinə dair daha bir olay 1991-ci il martın 7-də yaşanıb. Həmin gün Azərbaycan parlamentində “Sovet Sosialist Respublikaları İttifaqının saxlanması məsələsi üzrə SSRİ referendumunun Azərbaycan Respublikasında keçirilməsinin təşkili haqqında” qərar qəbul olunub. 43 deputat 17 mart referendumuna qatılmağın əleyhinə çıxıb.
Novator.az bildirir ki, indi onların 27-si sağdır: Arif Hacılı, Cümşüd Nuriyev, Etibar Məmmədov, Fərəc Quliyev, Firudin Cəlilov, Füzuli Axundov, Hacıbaba Əzimov, Hicran Kərimli, İbrahim İbrahimli, İxtiyar Şirin, İsa Qəmbər, İsgəndər Həmidov, Maşallah Abdullayev, Məryəm Həsənova, Mətləb Mütəllimov, Mirmahmud Mirəlioğlu, Nəriman Həsənzadə, Ramiz Fətəliyev, Rəhim Qazıyev, Tahir Əliyev, Tahir Kərimli, Tamerlan Qarayev, Tofiq Qasımov, Sabir Rüstəmxanlı, Sülhəddin Əkbər, Vahid Əhmədov, Vaqif Novruzov.
İstiqlalçı deputatlardan Allahverdi Həsənov, Aydın Məmmədov, Bayram Bayramov, Dilarə Əliyeva, Eldar Bağırov, Ədalət Rəhimov, Əyyam Musayev, Faiq Baxşəliyev, Heydər Əliyev, İsmayıl Şıxlı, Məmməd Xələfov, Mürşüd Məmmədli, Tofiq Bağırov, Şadman Hüseynov, Şahmərdan Cəfərov, Yusif Səmədoğlu dünyasını dəyişib.