• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Mərkəzi Bank valyuta hərracı qaydalarını dəyişdi

  • 06 Oktyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Oktyabrın 6-da Mərkəzi Bank 1 ABŞ dollarının kursunu 1,6115 manatdan 1,6036 manata endirib.

Novator.az-ın məlumatına görə, avro da ucuzlaşıb. Ötən gün 1,8077 manata satılmış 1 avronun yeni kursu 1,7956 manat müəyyən olunub.

Rusiya rublunun rəsmi məzənnəsi isə dəyişməyib. 1 rubl oktyabrın 5-dəki kimi 0,0257 manata təklif edilir (Məzənnələr).

2015-ci ildə Azərbaycan manatı ikiqat devalvasiyaya uğrayıb, dolların kursu 78 qəpikdən 1 manat 55 qəpiyə qalxıb. Manatın məzənnəsini nizamlamaq üçün bu il keçirilən valyuta hərraclarında 4 milyard 817,8 milyon ABŞ dolları həcmində vəsait satılıb. Bunun 3 milyard 882,4 milyon dolları Dövlət Neft Fondunun, 935,4 milyon dolları Mərkəzi Bankın payına düşür.

Mərkəzi Bankın yeni açıqlamasında hərrac mexanizminin dəyişdiyi qeyd olunur: “Bankların valyuta bazarında daha çevik iştirakına şərait yaratmaq üçün Mərkəzi Bank yeni hərrac mexanizminin tətbiqi barədə qərar qəbul edib. Yeni hərrac mexanizmi bazar iştirakçılarına hər iki istiqamətdə (valyuta alışı və ya satışı) sifarişlə çıxış etmək imkanını verir. “Blumberq” ticarət sisteminin yeni platformasında təşkil olunan bu hərraclarda alıcılar və satıcılar hərracın təşkilatçısının elan etdiyi ilkin məzənnə ilə öz valyuta sifarişlərini yerləşdirə bilirlər. Sonra ticarət sessiyaları üzrə valyuta tələbi və təklifinin nisbəti nəzərə alınmaqla məzənnə dəyişdirilir və sonuncu sessiyanın məzənnəsi ilə hərrac başa çatdırılır.

Növbəti günün rəsmi məzənnəsi hərracda və banklararası valyuta bazarında kommersiya bankları ilə bağlanan əqdlər üzrə orta çəkili məzənnə əsasında müəyyən olunacaq və hər iş gününün sonuna ictimaiyyətə açıqlanacaq. Valyuta hərracı olmayan günlərdə isə növbəti günün məzənnəsi valyuta bazarında kommersiya bankları arasında bağlanmış alğı-satqı əqdləri üzrə formalaşan orta çəkili məzənnə əsasında müəyyənləşəcək.

Oktyabrın 5-i Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirak etdiyi ilk ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 ABŞ dolları üçün 1,6035 manat məzənnəsi ilə yekunlaşıb”.

Azərbaycan əsgəri şəhid olub

  • 06 Oktyabr 2016
  • comments

İqtisadi fəaliyyətlə bağlı yeni sənədlər

  • 06 Oktyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda