• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Maliyyə yoxlamalarında pozuntular üzə çıxıb

  • 03 Oktyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti 2016-cı ilin birinci yarısında Gəncə Dövlət Universitetinə, Biləsuvar Rayon Təhsil Şöbəsinə, Azərbaycan Dövlət Aqrar Universitetinə, Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinə, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin layihələndirilməsi və tikilməsi üçün Nəqliyyat Nazirliyinə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsini yoxlayıb, Bakı Nəqliyyat Agentliyinin “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi”nin maliyyə-təsərrüfat fəaliyyətini təftiş edib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, ilin birinci yarısında aparılan yoxlamalarla dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl edilməməsi hesabına artıq ödənməsi aşkar olunmuş 1 milyon 445,48 min manat vəsaitin büdcəyə bərpası təmin edilib, normativ hüquqi aktların tələblərinə uyğun olmayan əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.

Məlumata görə, rayonların (şəhərlərin) ərazilərində yerləşən büdcə təşkilatlarında aparılan nəzarət tədbirləri ilə aşkar olunmuş 2 milyon 341,28 min manat məbləğində artıq və əsassız ödənişlərin 730,58 min manatı büdcəyə bərpa edilib, Ağcabədi Rayon Təhsil Şöbəsində 897,59 min manat, 1 nömrəli Gəncə Peşə Məktəbində 37,37 min manat, İmişli Rayon Mədəniyyət və Turizm Şöbəsində 672 min manat mənimsəmə halları aşkar olunub, müvafiq tədbirlər görülməsi üçün həmin nəzarət obyektləri üzrə yoxlama materialları Baş Prokurorluğa göndərilib, qüvvədə olan normativ hüquqi aktların tələblərinin pozulması ilə ümumtəhsil məktəblərində yaradılmış sinif komplektləri və məktəbdənkənar müəssisələrdə fəaliyyəti olmayan qruplar, müxtəlif vəzifələr üzrə normadan artıq saxlanmış ştat vahidləri ləğv edilib, həmçinin normativ hüquqi aktların tələblərinə uyğun olmayan digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.

Baş Prokurorluğun məktublarına əsasən 24 təşkilatda, o cümlədən Bakı Telefon Rabitəsi İstehsalat Birliyində, Məlumat Hesablama Mərkəzində, “Aztelekom”, “Azərpoçt”, “Optik Rabitə Tikinti və Quraşdırma” və “Azİntelekom” məhdud məsuliyyətli cəmiyyətlərində, “Rabitə-Tikinti” Açıq Səhmdar Cəmiyyətində, keçmiş Milli Təhlükəsizlik Nazirliyində, Hərbi Prokurorluğun maddi-texniki təminat şöbəsində, Cəlilabad Rayon Təhsil Şöbəsində, Ağcabədi Rayon Mərkəzi Xəstəxanasında, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 5 saylı Tibbi-Sosial Ekspert Komissiyasında, “Yeni Sabah” qeyri-hökumət təşkilatında, 6 orta məktəbdə və 5 kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə prokurorluq orqanlarının təqdimatlarında və qərarlarında qeyd olunan suallar yoxlanıb, yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün Baş Prokurorluğa göndərilib.

İlin birinci yarısında aparılmış yoxlamaların nəticələri üzrə büdcə təşkilatlarında nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində müvafiq protokollar tərtib edilib, 407 vəzifəli şəxs 251,8 min manat məbləğində cərimələnib.

Silahlı Qüvvələrə Yardım Fondunun vəsaiti açıqlanı...

  • 03 Oktyabr 2016
  • comments

Çaylarda sululuq azalıb

  • 03 Oktyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

GLOBALS:0

Tags

  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda