• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Şura sədri: “Təhsildən yayınırlar”. Nazir müavini: “Nazirlik mexanizmə malik deyil”

  • 30 Sentyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

“Orta məktəblərin buraxılış sinif şagirdlərinin dərsə davamiyyəti ilə bağlı 2012-ci ildən aparılan statistik təhlilin nəticələri göstərir ki, I sinfə gedən şagirdlərin bir qisminin adları IX siniflərin məlumat bazalarında aşkar edilmir, yəni onlar icbari təhsildən yayınırlar”. Novator.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə şuranın sentyabr ayının sonunda keçirilən iclasında belə deyib.

Məleykə Abbaszadə bildirib ki, bu, sosioloji problemdir və onun aradan qaldırılması məqsədilə məktəblərdə, eləcə də valideynlərlə ciddi iş aparılmalıdır.

İclas iştirakçıları müzakirələr zamanı vurğulayıblar ki, bu, təkcə hansısa bir qurumun deyil, bütün cəmiyyətin qarşısında duran vacib məsələlərdəndir. Məleykə Abbaszadə iclasda təhsil nazirinin müavini Ceyhun Bayramova müraciət edərək, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının hər il hazırladığı və ölkə rəhbərliyinə təqdim olunan hesabatda nəzərə alınması üçün sözügedən məsələyə dair Təhsil Nazirliyində olan məlumatların təqdim olunmasını xahiş edib.

Ceyhun Bayramov iclasda başqa bir statistik təhlilin nəticələrini də diqqətə çatdırıb. O deyib ki, məktəbə 1 il və daha artıq gec gedənlərin sayı da az deyil. Ceyhun Bayramov vurğulayıb ki, Təhsil Nazirliyi bununla bağlı hər hansı təsir mexanizminə malik deyil: “Lakin məsələyə ötən illərlə müqayisə prizmasından yanaşsaq görərik ki, müsbət dinamika mövcuddur, yəni belə uşaqların sayı ildən-ilə azalır. Ümumiyyətlə, Təhsil Nazirliyinin yanaşması ondan ibarətdir ki, hər hansı bir problem barədə danışdıqda onun dinamikasını müşahidə etmək daha məqsədəuyğundur”.

Bolqarıstan parlamenti ictimai yerdə niqabdan isti...

  • 30 Sentyabr 2016
  • comments

Dollar 9 ayda

  • 30 Sentyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Dünyadakı idarə üsulları

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

ABŞ: diplomatlara dilini dinc saxlamaq tapşırılıb

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsraildə hökumət böhranı təhlükəsi

GLOBALS:0
comments
Xəbər

İlk sədd aşıldı

GLOBALS:0

Tags

  • Gənclər
  • Hüquq
  • Təhsil

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Dünyadakı idarə üsulları

Son materiallar

comments
Dünyanın səsiXəbər

Dünyadakı idarə üsulları

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

ABŞ: diplomatlara dilini dinc saxlamaq tapşırılıb

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

İsraildə hökumət böhranı təhlükəsi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda