• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Faiq Əmirli istintaqa ifadə verməkdən imtina edib

  • 30 Sentyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Sentyabrın 29-da vəkili Aqil Layıcov “Azadlıq” qəzetinin həbsdə olan maliyyə direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirli ilə görüşüb.

Vəkil Faiq Əmirlinin səhhətində problemlər olduğunu deyib.

Eyni zamanda Aqil Layıcov bildirib ki, Faiq Əmirli istintaqa ifadə verməkdən imtina edib: “İmtinamızın da səbəbi odur ki, Faiq Əmirliyə qarşı rəsmən dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarını pozmaq, dini düşmənçilik salmaq kimi ittihamlar irəli sürülüb, müstəntiq isə ona “Azadlıq” qəzetinin satışı, imzaların kimə məxsus olması, qəzetin maliyyə qaynaqları barədə suallar verir. Biz də hesab etdik ki, istintaq hərəkətləri mahiyyətə uyğun deyil və odur ki, sualları cavablandırmaqdan imtina etdik”.

Faiq Əmirli avqustun 20-də Bakıda tutulub. Avqustun 22-də Nəsimi Rayon Məhkəməsi onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.

İstintaq onu ABŞ-da yaşayan türkiyəli ilahiyyatçı Fətullah Gülənin rəhbərlik etdiyi “Hizmət hərəkatı”nın nümayəndəsi olmaqda, Azərbaycanda “fətullahçılığı” təbliğ etməkdə, dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarını pozmaqda, öz qulluq mövqeyindən istifadə etməklə sosial, dini nifrət və düşmənçilik salmaq cəhdində günahlandırır.

Faiq Əmirli, “Azadlıq” qəzetinin redaksiyası və AXCP rəhbərliyi ittihamları rədd edir, həbsin siyasi xarakter daşıdığını vurğulayır.

Faiq Əmirlinin həbsindən sonra, sentyabrın 5-dən “Azadlıq” qəzeti fəaliyyətini dayandırıb. Buna səbəb “Azərbaycan” nəşriyyatının qəzetin çapından imtina etməsidir. İmtinaya əsas kimi qəzetin nəşriyyata olan borcu göstərilir. Redaksiya isə bildirir ki, süni əngəllər ucbatından qəzet bank əməliyyatı apara bilmir və borcun ödənməməsi də bununla bağlıdır.

Oktyabrda hava

  • 30 Sentyabr 2016
  • comments

Şəhid ailələrinə yeni evlər verilib

  • 30 Sentyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda