• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Qanun” Nəşrlər Evindən oğurluq olub

  • 28 Sentyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Sentyabrın 27-si gecə “Qanun” Nəşrlər Evindən oğurluq olub, 3 min manatdan çox pul aparılıb.

“Qanun”un rəhbəri Şahbaz Xuduoğlu Turan-a bildirib ki, faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanıb.

Şahbaz Xuduoğlunun sözlərinə görə, “Qanun” Nəşrlər Evinin yerləşdiyi binanın əsas qapısı açılıb, mühasibatlığın qıfılı sındırılıb, dolablar ələk-vələk edilib: “Ən üst mərtəbənin banından tavan dağıdılıb, “Əli və Nino” nəşriyyatının kitablarının saxlandığı anbarda seyf yarılıb. Başqa bir otağın əşyaları dağıdılıb. Daha bir qapıya ling salınıb. Bir sözlə, nəşriyyatın binasını gecə uzunu yaxşıca yağmalayıblar.

İşçilər gəldilər, polis çağırdıq, bəlli oldu ki, bizim kassadan 3 min manatdan çox pul aparılıb, “Əli və Nino”dan isə 213 manat 20 qəpik. Kameralara baxdıq, iki maskalı şəxsin görüntüsü var idi. Tarixə baxdıq – 27 sentyabr. Düz bir il əvvəl eyni gündə oxşar hadisə baş vermişdi. O zaman törədilən oğurluqla əlaqədar başlanmış cinayət işi sanki bir futbol topu kimi prokurorluqla polis arasında atılıb-tutuldu, sıxıldı, əzildi və günlərin bir günü havaya uçdu, yox oldu. Nə prokurorluqdan bir xəbər gəldi, nə polisdən.

Biz ümidimizi itirməmişik. Bu dəfə də polisə sığındıq. Amma keçən il eyni vaxtda baş verən oğurluğun üstü açılsaydı, bu gün bu hadisə baş verməzdi. Guya “Qanun” Nəşrlər Evinin binasına partlayıcı qoyulduğu barədə hüquq mühafizə orqanlarına məlumat daxil olması adıyla nəşriyyatımızda axtarış aparılmasaydı, qondarma ittihamla 150 min manat vergi cəriməsinə məruz qalmasaydıq, gömrükdə kitablarımız həbsə alınmasaydı, bir sözlə, qanun işləsəydi, hüququn aliliyi qorunsaydı, bu gün öyrəncəli oğruların asan gəlir mənbəyinə çevrilməzdik”.

Zərdabda əmək yarmarkası keçirilib

  • 28 Sentyabr 2016
  • comments

9 ayın populyar adları

  • 28 Sentyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Hadisə
  • Hüquq
  • Media

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda