• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sərkisyan yeni nazirlər təyin etdi

  • 27 Sentyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Ermənistan prezidenti Serj Sərkisyan sentyabrın 27-də nazir təyinatları ilə bağlı sərəncamlar imzalayıb. Novator.az-ın məlumatına görə, Arpine Ovannisyan ədliyyə naziri, Armen Yeritsyan fövqəladə hallar naziri, Artyom Asatryan əmək və sosial məsələlər naziri, Qranuş Akopyan diaspor naziri, David Lokyan ərazi idarəçiliyi və inkişaf naziri, Levon Mkrtçyan elm və təhsil naziri postlarında qalıblar.

Əvvəlki hökumətdə iqtisadiyyat naziri postunu tutan Arsvik Minasyan təbiəti mühafizə naziri təyin edilib.

Dövlət başçısı hökumətə yeni şəxslər də gətirib. Armen Əmiryan mədəniyyət naziri, Qraçya Rostomyan gənclər və idman naziri, Levon Altunyan səhiyyə naziri, Suren Karayan iqtisadiyyat naziri postuna təyinat alıb.

Sentyabrın 13-dən Ermənistan hökumətinə Karen Karapetyan baş nazirlik edir. Əvvəl baş nazir postunu Ovik Abramyan tuturdu. Baş nazir dəyişdiyi üçün Ermənistan hökuməti yenilənir. Yeni hökumətin tərkibi ilə bağlı ilk sərəncamlar sentyabrın 20-də imzalanıb. Vaçe Qabrielyan baş nazirin müavini, beynəlxalq iqtisadi inteqrasiya və islahatlar naziri postuna təyinat alıb. Hökumət Aparatının rəhbəri – nazir vəzifəsi David Arutyunyana tapşırılıb.

Maliyyə naziri vəzifəsinə Vardan Aramyan, nəqliyyat və rabitə naziri vəzifəsinə Vahan Martirosyan, kənd təsərrüfatı naziri postuna İqnati Arakelyan, enerji və təbii sərvətlər naziri vəzifəsinə Aşot Manukyan təyin edilib. Bu nazirlər hökumətdə yeni şəxslərdir.

Sentyabrın 27-də Ermənistan parlamenti hökumətdə struktur dəyişiklikləri layihəsini ilk oxunuşda qəbul edib. Hökumətin təqdim etdiyi layihədə İqtisadiyyat Nazirliyinin İnvestisiya və Sahibkarlığa Dəstək Nazirliyinə, Enerji və Təbii Sərvətlər Nazirliyinin Enerji İnfrastrukturu və Sərvətlər Nazirliyinə çevrilməsi nəzərdə tutulur.

Digər yenilik Nəqliyyat və Rabitə Nazirliyinin bazasında Nəqliyyat, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi yaradılmasıdır. Şəhərsalma Nazirliyi isə komitəyə çevrilir.

Yekun nəticələr açıqlandı, qaldı təsdiq

  • 27 Sentyabr 2016
  • comments

Prezident: “Bugünkü dövr əsl müstəqillik dövrüdür”

  • 28 Sentyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda