Sentyabrın 26-da keçirilmiş referendumun ilkin rəsmi nəticələrinə əsasən, konstitusiya dəyişiklikləri layihəsi dəstək qazanıb. Layihənin əsas məqamları prezident seçilmək, baş nazir təyin edilmək, hakim olmaq, deputat mandatı almaq, nazir postu tutmaq üçün aşağı yaş senzinin aradan qaldırılması, prezidentin səlahiyyət müddətinin artırılması, dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək, parlamenti buraxmaq hüququ verilməsidir.
Başqa bir əsas yenilik vitse-prezident postlarının təsisini nəzərdə tutur. Layihəyə görə, birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir, növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətləri birinci vitse-prezidentə keçir.
Novator.az bildirir ki, Mərkəzi Seçki Komissiyasının elan etdiyi ilkin nəticələrə görə, konstitusiyaya əsas dəyişikliklər bu faizlərə reallaşıb:
Deputat seçilmək 25 yaş məhdudiyyətinin aradan qaldırılması – 88,25%
Prezidentə Milli Məclisi buraxmaq hüququ verilməsi – 87,41%
Prezident seçilmək üçün 35 yaş həddinin götürülməsi – 91,03%
Prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qaldırılması, dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək hüququ verilməsi – 91,19%
Vitse-prezidentlər institutunun yaradılması – 89,32%
Birinci vitse-prezidentə prezidentin səlahiyyətlərini icra etmək hüququ verilməsi – 87,79%
Vitse-prezidentlərin toxunulmazlıq hüququ alması – 87,81%.
Birinci vitse-prezidentin dövlət hesabına təminatı – 87,81%
Baş nazir təyinatı üçün 30, baş nazirin müavini, nazir təyinatı uşun 25 yaş məhdudiyyətinin ləğvi – 88,01%
Hakim seçilmək üçün 30 yaş məhdudiyyətinin ləğvi – 84,15%.