• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Dövlət başçısı neft emalı zavodunda olub

  • 19 Sentyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Sentyabrın 19-u Bakıda Heydər Əliyev adına neft emalı zavodunun yenidən qurulması layihəsi çərçivəsində bitum istehsalı qurğusunun təməlqoyma mərasimi olub. AZƏRTAC xəbər verir ki, prezident İlham Əliyev mərasimdə iştirak edib.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev dövlət başçısına deyib ki, neft emalı zavodunda inşa ediləcək yeni bitum istehsalı qurğusunun illik istehsal gücü 400 min ton olacaq. Bu qurğuda “EN 40/60” markalı yol bitumu istehsal ediləcək və qurğunun 2018-ci ilin ortalarında istismara veriləcəyi gözlənir.

Yeni bitum istehsalı qurğusunun inşası ilə keçmiş “Azərneftyağ” neft emalı zavodunun mövcud infrastrukturu tamamilə istismardan çıxarılacaq, dənizkənarı ərazilər boşaldılaraq “Ağ şəhər” layihəsinin reallaşdırılması üçün təhvil veriləcək. Bundan əlavə Heydər Əliyev adına neft emalı zavodunun istismar xərcləri optimallaşdırılacaq və ölkə yüksək keyfiyyətli neft bitumu ilə təmin ediləcək.

Neft emalı zavodunda aparılacaq yenidənqurma işlərinin növbəti mərhələləri çərçivəsində müəssisədə yüksək keyfiyyətli neft məhsullarının istehsalı nəzərdə tutulub. Proqrama əsasən, 2019-cu ildə neft emalı zavodunda “avro-5” standartı üzrə dizel yanacağı, 2020-ci ildə isə “avro-5” standartı üzrə benzin istehsalı planlaşdırılıb. Layihənin reallaşdırılması ilə Heydər Əliyev adına zavodun emal gücü 7,5 milyon tona qədər artırılacaq, nəticədə ölkənin növbəti 15-20 il üçün avtomobil yanacaqlarına olan daxili tələbatı tam ödəniləcək və keyfiyyətli neft məhsulları üzrə ixrac potensialı daha da artırılacaq.

Prezident İlham Əliyev zavodun kollektivi ilə görüşüb.

neft-emali-zavodu-1

neft-emali-zavodu-3

 

Prezident: “İstifadəsiz torpaqlar dövriyyəyə qayta...

  • 19 Sentyabr 2016
  • comments

Azərbaycanın xarici ticarəti: Türkiyə önə keçib

  • 19 Sentyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ağ ev niyə Ukraynaya ERAM raketləri satmağa razılıq verdi?

GLOBALS:0
comments
Xəbər

Pensiyaçıların sayı 5 min nəfər artıb

GLOBALS:0
comments
Xəbər

İxrac və idxalda əsas tərəfdaşlar

GLOBALS:0
comments
Xəbər

Büdcənin aylar üzrə xərci

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Ağ ev niyə Ukraynaya ERAM raketləri satmağa razılıq verdi?

Son materiallar

comments
Dünyanın səsiXəbər

Ağ ev niyə Ukraynaya ERAM raketləri satmağa razılıq verdi?

GLOBALS:0
comments
Xəbər

Pensiyaçıların sayı 5 min nəfər artıb

GLOBALS:0
comments
Xəbər

İxrac və idxalda əsas tərəfdaşlar

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda