• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Vaşinqtonda dinləmə: Azərbaycanla bağlı nə təkliflər var?

  • 16 Sentyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Vaşinqtonda, ABŞ Konqresinin Tom Lantos Komissiyasında Azərbaycanda insan haqlarının durumu və bunun ABŞ siyasətinə təsiri ilə bağlı dinləmə keçirilib. Sentyabrın 15-də keçirilən dinləmədə gənc fəal, AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariç çıxış ediblər. Jurnalist, “Azadlıq” radiosunun əməkdaşı Xədicə İsmayıl dinləməyə Bakıdan video ilə qatılıb.

Azadliq.org-un məlumatına görə, Türkel Kərimli çıxışında deyib ki, sentyabrın 26-da keçiriləcək konstitusiyaya dəyişikliklər referendumunun nəticələrinin saxtalaşdırılacağına əmindir. O bildirib ki, hökumətin fərqli düşüncəyə qarşı repressiyaları güclənməkdə davam edərsə, vətəndaş həyəcanlarının qalxacağından narahatlıq var: “Normal və səriştəli hökumət irəli çıxmalı və ictimai maliyyənin vəziyyətini canlandırmaq üçün islahatlara başlamalı idi. Lakin Əliyevin korrupsiyalı və səriştəsiz rejimi, çox güman ki, ictimai narazılıqla üzləşəcəyini bilərək daha çox həbs və azsaylı azad media qurumlarını susdurmaq yolunu seçib. Qarşıdan gələn referendumun nəticələri, heç şübhəsiz, saxtalaşdırılacaq”.

Türkel Kərimli qeyd edib ki, müxalif “Azadlıq” qəzeti müflis olub: “Qəzetin maliyyə direktoru həbs edilib, redaksiya bankdan pulunu ala bilmir. “Meydan TV” və “Azadlıq” radiosu çox mühüm medialardır. “Azərbaycan saatı” adlı internet televiziya verilişi də var. Onu tənqidi mövqeyinə görə yayıldığı peyk kanalından yığışdırıblar.

O ki qaldı nümayişlərə, onları ancaq hökumətin seçdiyi yerlərdə keçirmək mümkündür. Amma ən müxtəlif metodlardan istifadə edərək vətəndaşların hətta həmin aksiyalarda da iştirakının qarşısı alınır. Mitinqə gah təyin olunduğu vaxta çox az qalmış icazə verilir, gah da aksiyalara təxribatçılıq edərək İŞİD bayrağı gətirirlər ki, əhalini qorxutsunlar”.

2014-cü ilin dekabrından bu ilin may ayınadək həbsdə olmuş jurnalist Xədicə İsmayıl deyib ki, Azərbaycanda 138 siyasi məhbus var. O bildirib ki, bunlardan bir neçəsi elə onun özü kimi Əliyev ailəsinin və başqa hökumət rəsmilərinin korrupsiya əməlləri barədə yazmış jurnalistlərdir: “Ölkə sözün əsl mənasında həbsxanaya çevrilib. Korrupsiyanı faş edənlər korrupsiya əməlləri ifşa olunmuş şəxslərdən daha çox cəzalandırılır. Bizim heç birimiz qanunu pozmamışıq, lakin biz rejimin yazılmamış qaydasını pozaraq həqiqəti deməyə cəsarət etmişik.

Gənc fəallar Bakıda Heydər Əliyevin heykəlini üstünü yazmaq ittihamı ilə həbsə atılıb. Həbsxanalarda durumu yoxlayan heç bir müstəqil qurum qalmayıb. Hesab edirəm ki, BMT və başqa qurumlar müstəqil müşahidə metodları haqda düşünməlidir”.

Xədicə İsmayıl deyib ki, Azərbaycanın daxili problemləri cəmiyyətin getdikcə daha çox radikallaşmasına səbəb olur, bu isə onsuz da təlatümlü olan Qafqaz regionunda təhlükəli nəticələrə gətirib çıxara bilər: “Bu gün Azərbaycanın daxilindəki problemlər sabah Birləşmiş Ştatların probleminə çevrilə bilər. Birləşmiş Ştatlar bizdən narahat olmalıdır, çünki biz bütün dünya üçün problemə çevrilmək istəmirik”.

Jurnalist beynəlxalq təşkilatların Azərbaycandakı duruma daha fəal müdaxilə etməli olduqlarını vurğulayıb: “Beynəlxalq ictimaiyyətin edə biləcəyi ilk bu iş olmalıdır ki, onlar, məsələn, saxtalaşdırılmış seçkini udmuş hökuməti təbrik etməyə tələsməməlidir. “Azadlıq” radiosunun işini davam etdirməsinə nail olmağa çalışmaq lazımdır. Bu radio ABŞ-ın Azərbaycanda gördüyü ən yaxşı işdir”.

1994-1997-ci illərdə ABŞ-ın Azərbaycandakı səfiri olmuş Riçard Kozlariç müzakirədə deyib ki, Birləşmiş Ştatlar və başqa Qərb ölkələri Azərbaycana münasibətdə sakit diplomatiyadan əl çəkməli və insan haqları məsələlərini qaldıraraq Əliyev hökumətinə münasibətdə daha sərt mövqe tutmalıdırlar. O, Vaşinqtona Bakıdakı ABŞ səfirinin geri çağırmasını, jurnalist və fəalların repressiyalarında iştirak etmiş rəsmilərin aktivlərinin dondurulmasını və onlara viza qadağasının qoyulmasını, ABŞ hökumətinin Azərbaycan şirkətlərini mənfəətləndirməsini dayandırmağı təklif edib: “Sakit diplomatiya xeyir vermədi. Sakit diplomatiya siyasi məhbusları siyasi alver obyektinə çevirdi. Fəal diplomatiya məsuliyyətli münasibətlər diplomatiyasıdır. Burada yaxşı münasibətlər ortaq dəyərlər və korrupsiyaya, azadlığın məhdudlaşdırlmasına və sovetsayağı direktiv iqtisadiyyata qarşı mübarizə tələb edir”.

Dolların kursu dəyişməyib

  • 16 Sentyabr 2016
  • comments

Müdafiə naziri Naxçıvanda

  • 16 Sentyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0

Tags

  • Hüquq
  • Media
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda