• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İllər və həmsədrlər

  • 16 Sentyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Şərh

Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimləməsi ilə məşğul olan ATƏT-in Minsk qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ (hər üçü həmsədr), Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Ermənistan, Azərbaycan.

Novator.az bununla bağlı qısa arayışı təqdim edir.

Münaqişə

1923-cü ildə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində Dağlıq Qarabağ Muxtar Vilayəti yaradılıb. 1988-ci ilin fevral ayında Dağlıq Qarabağ erməniləri vilayəti Ermənistana birləşdirmək tələbi ilə separatçı hərəkata başlayıblar. Həmin vaxt muxtar vilayət Əsgəran, Hadrut, Mardakert, Martuni, Şuşa rayonları və Stepanakert şəhərindən ibarət olub.

1991-ci il sentyabrın 2-də Dağlıq Qarabağ erməniləri bölgəni “müstəqil dövlət” elan ediblər. İşğalçı rejim Dağlıq Qarabağ Muxtar Vilayətinin və keçmiş Şaumyan rayonunun ərazisində elan olunub (Şaumyan rayonu Azərbaycan parlamentinin 12 fevral 1991-ci il qərarı ilə ləğv edilib. 1992-ci ildə erməni silahlı birləşmələrindən tam qurtulmuş bu ərazi Goranboy rayonunun tərkib hissəsidir). Bunun ardınca işğalçı müharibə alovlanıb. Həmin il noyabrın 26-da Azərbaycan parlamentinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olunub.

Azərbaycan parlamenti tarixi adları qaytararaq Stepanakerti Xankəndi, Mardakerti Ağdərə, Martunini Xocavənd adlandırıb. Əsgəran və Hadrut rayonları ləğv edilib, Xocalı şəhəri mərkəz olmaqla Xocalı rayonu yaradılıb, ləğv edilmiş Əsgəran rayonunun ərazisi Xocalı rayonunun tərkibinə, Hadrut rayonunun ərazisi isə Xocavənd rayonunun tərkibinə verilib. Milli Məclisin 13 oktyabr 1992-ci il qərarı ilə Ağdərə rayonu ləğv edilərək Kəlbəcər, Tərtər, Ağdam rayonları arasında bölüşdürülüb.

1991-1994-cü illərdə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ bölgəsi və daha 7 rayon (Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam, Füzuli) zəbt edilib.

1994-cü ilin mayında elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan sülh danışıqları heç bir nəticə vermir.

Təşəbbüs

1992-ci il martın 24-də ATƏT Xarici İşlər Nazirləri Şurasının Helsinkidə keçirilən görüşündə Dağlıq Qarabağa dair sülh kon­fran­sının ça­­ğı­rıl­ması haqqında qərar qəbul edilib. Minskdə ça­ğırılacaq konfrans ABŞ, Rusiya, Türkiyə, Fran­sa, İtaliya, Almaniya, Çex və Slovak Federativ Respub­li­ka­sı, Belarus, İsveç, Azərbaycan və Ermənistan nümayən­də­lə­ri­nin iştirakı ilə keçirilməli idi.

1992-ci il mayın 1-də konfransın reallaşması üçün Minsk qrupu yaradılıb, kon­fransa hazırlıq məqsədilə italyan Mario Rafael­li­yə mandat verilib. O, 1994-cü ilə qədər Minsk qrupunun sədri funksiyasını icra edib.

1994-cü il dekabrın 5-6-da ATƏT-in Budapeşt sammiti həmsədrlik institutu yaradıb. Minsk qrupunda həmsədrlik Rusiya ilə İsveçə tapşırılıb. Sonradan İsveçi Finlandiya əvəzləyib.

1995-ci il yanvarın 6-da ATƏT-in Minsk qrupunun həmsədrləri Rusiyadan Vladimir Kazimirov, İsveçdən Yan Eliasson olub. Sonuncunu bir müddət sonra finlandiyalı Rine Niberq əvəzləyib.

1996-cı il dekabrın 30-da Finlandiya nümayəndəsinin əvəzinə Fransa təmsilçisi Jak Blo həmsədr təyin olunub. 1997-ci il fevralın 14-də Minsk qrupuna daha bir həmsədr ölkə qoşulub: ABŞ. Bu ölkədən dövlət katibinin müavini Stroub Telbott Minsk qrupuna həmsədr gətirilib.

Rotasiyalar

Hazırda Minsk qrupuna Rusiyadan İqor Popov, Fransadan Pyer Andriyo, ABŞ-dan Ceyms Uorlik həmsədrlik edir.

1997-ci ildən bəri hər üç ölkəni Minsk qrupunda bu diplomatlar təmsil edib:

Rusiyadan Valentin Lozinski, Yuri Yukalov, İqor Studennikov, Nikolay Qribkov, Yuri Merzlyakov.

Fransadan Jorj Vojye, Jan Jak Qayard, Filip de Sürmen, Anri Jakole, Bernar Fasye, Jak For.

ABŞ-dan Cozef Pressel, Linn Pasko, Donald Kayzer, Kerri Kavano, Rudolf Perina, Stiven Mənn, Metyu Brayza, Robert Bradtke.

Hazırda Dağlıq Qarabağ danışıqları 2007-ci ilin noyabr ayında həmsədrlərin Madriddə Azərbaycan və Ermənistana təqdim etdiyi baza prinsipləri üzrə aparılır. Madrid sənədi öncə Dağlıq Qarabağ ətrafındakı Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarının geri qaytarılmasını, sonra Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə eyni vaxtda Kəlbəcər və Laçının geri qaytarılmasını nəzərdə tutur.

Qorunan əmanətlərin faiz dərəcəsi dəyişdi

  • 16 Sentyabr 2016
  • comments

Dollar ucuzlaşıb

  • 19 Sentyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

Son materiallar

comments
Dünyanın səsiManşetŞərh

Azərbaycanın Britaniyadakı səfiri iddiaları rədd edib

GLOBALS:0
comments
Dünyanın səsiŞərh

ABŞ aqrar təcavüzə məruz qaldığını bildirir

GLOBALS:0
comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda