2016-cı il avqustun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 521,1 min nəfər olub, onlardan 888,8 min nəfəri dövlət sektorunda, 632,3 min nəfəri qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Hesabatı Dövlət Statistika Komitəsi sentyabrın 15-də yayıb.
Novator.az-ın məlumatına görə, hesabatda bildirilir ki, 2016-cı ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6,6 faiz artaraq 489,3 manat olub.