• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Başqa yerə gedə bilməz…

  • 14 Sentyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui‐istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunan Respublikaçı Alternativ (REAL) Hərəkatının icraçı katibi, iqtisadçı ekspert Natiq Cəfərli barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib. Nəsimi Rayon Məhkəməsinin 10 sentyabr qərarına görə, Natiq Cəfərli Bakı şəhərini tərk edə bilməz.

Natiq Cəfərli sentyabrın 9-da azadlığa buraxılıb. Nəsimi Rayon Məhkəməsi Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinin təqdimatı əsasında onun barəsində seçilmiş həbs qətimkan tədbirini dəyişib. Avqustun 12-də tutulmuş Natiq Cəfərli barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi.

Baş Prokurorluq bildirir ki, Natiq Cəfərli 2011-2014-cü illərdə hüquqi şəxs yaratmadan ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondundan özünün bilavasitə həyata keçirdiyi layihələr üzrə ayrılmış 94 565 dollar məbləğində pulu “Bank Respublika” ASC-nin Nərimanov filialında yerləşən bank hesablarına köçürülməsini təmin edib, nağdlaşdırıb götürərək qanunsuz sahibkarlıq fəaliyyətini həyata keçirib, 71 334 manat məbləğində gəlir əldə etməklə dövlətin qanunla qorunan mənafelərinə ağır nəticələrə səbəb olan mühüm zərər vurub. Açıqlamaya görə, Natiq Cəfərli iş üzrə verdiyi ifadələrində qrant müqavilələrini müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçirmədiyini, ayrılmış qrant vəsaitini dostu, həmin dövrdə REAL Hərəkatının həmsədri olmuş İlqar Məmmədovun köməkliyi ilə aldığını və fiziki şəxs kimi həmin vəsaitlərin rəhbəri olduğu layihələr üzrə xərclənməsinə sərəncam verdiyini təsdiq edib.

REAL Hərəkatının sədri İlqar Məmmədov 2013-cü ildən həbsdədir. O, həmin il fevralın 4-də, İsmayıllıda hökumət əleyhinə iğtişaşlar (23-24 yanvar 2013-cü il) təşkil etmək ittihamı ilə tutularaq 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qadınların 36 faizi ödənişli analıq məzuniyyətinə ...

  • 14 Sentyabr 2016
  • comments

Fransua Oland növbəti prezident seçkisinə də qatıl...

  • 14 Sentyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda