• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qadınların siyasətdə iştirakı: 79% müsbət, 16% mənfi yanaşır

  • 09 Sentyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Rusiya əhalisinin 79%-i qadınların siyasətdə iştirakına müsbət, 16%-i mənfi yanaşır. Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin apardığı sorğunun nəticələri bunu göstərir.

Novator.az-ın məlumatına görə, qadınların siyasətdə iştirakına müsbət yanaşanların 82%-i bildirib ki, qadınlar siyasətdə kişilərlə bərabər səviyyədə iştirak etməlidir.

Respondentlərin 16%-i hesab edir ki, siyasətçi qadınlar sosial problemləri daha yaxşı anlayırlar. Sorğuya cəlb olunanların 6%-i qadınlarda intuisiyanın güclü olduğunu və bunun onlara siyasətdə də üstünlük qazandırdığını söyləyib.

Respondentlərin 10%-i qadın xarakterinin yumşaqlığını müsbət, 16%-i mənfi hal kimi dəyərləndirib. 8% hesab edir ki, qadınlar həddindən artıq emosionaldır.

Respondentlərin 4%-i qadınların siyasətdə peşəkar olduğunu düşünür. 3%-i isə bu düşüncəni yanlış sayır.

Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzinin mütəxəssisləri sorğunu 1600 adam arasında aparıblar.

Novator.az mövzu ilə əlaqədar qeyd edir ki, Azərbaycanın 125 nəfərlik parlamentində 20 qadın deputat var. Onlardan biri Milli Məclis sədrinin müavinidir.

Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərindən 2-si qadındır. Prezident Administrasiyası və ona bağlı qurumlarda 5 qadın yüksək statuslu vəzifə sahibidir.

1 qadın icra başçısı vəzifəsində çalışır.

Konstitusiya Məhkəməsinin 9 üzvündən 1-i qadındır.

Ombudsman institutuna da qadın rəhbərlik edir.

Dövlət Statistika Komitəsinin 2015-ci ildə açıqladığı son hesabata görə, dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 27,7 faiz olub.

Yerli özünüidarə qurumlarına gəlincə, 2014-cü ilin dekabrında keçirilmiş son seçkilərdə 9439 qadın bələdiyyədə təmsil olunmaq hüququ qazanıb. Bu, ümumi üzvlərin 35 faizi deməkdir.

Ermənistanın yeni baş naziri bəlli oldu

  • 09 Sentyabr 2016
  • comments

Moldova separatçılarının başçısı Rusiyaya birləşmə...

  • 09 Sentyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Əhalinin təbii artımı (Beynəlxalq statistika)

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Britaniyanın Fələstin şərti

GLOBALS:0
comments
Xəbər

Azərbaycanda cins nisbəti (1991-2025)

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Ukrayna: savaşa 60 yaş+ qaydası gəlir

GLOBALS:0

Tags

  • Gender
  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

Əhalinin təbii artımı (Beynəlxalq statistika)

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Əhalinin təbii artımı (Beynəlxalq statistika)

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Britaniyanın Fələstin şərti

GLOBALS:0
comments
Xəbər

Azərbaycanda cins nisbəti (1991-2025)

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda