• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bayram Məmmədovun həbs müddəti artırılıb

  • 06 Sentyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən gənc fəal Bayram Məmmədovun həbs müddəti 2 ay artırılıb. Qərar Xətai Rayon Məhkəməsində çıxarılıb.

Gənc fəalın işini araşdıran müstəntiq və prokuror bununla bağlı Xətai Rayon Məhkəməsinə müraciət etmişdi.

“Azadlıq” radiosunun xəbərinə görə, vəkil Elçin Sadıqov bildirib ki, qərardan apellyasiya şikayəti veriləcək: “Bu müddət ərzində Bayram Məmmədovla bağlı heç bir istintaq hərəkəti aparılmayıb. Biz bunu məhkəmənin də nəzərinə çatdırdıq. Qərarı əsasız sayırıq. Qərardan şikayət verəcəyik. Eyni zamanda Bayramın ev dustaqlığına buraxılması ilə də bağlı vəsatət verəcəyik”.

B.Məmmədov digər gənc fəal Qiyas İbrahimovla birgə mayın 10-da saxlanıb. Mayın 12-də Xətai Rayon Məhkəməsi hər iki gənc haqqında 4 aylıq həbs qətimkan tədbiri seçib. Gənclər Cinayət Məcəlləsinin 234.4.1-ci (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 234.4.3-cü (külli miqdarda törədildikdə) maddələri ilə ittiham olunurlar. Gənclərin özləri isə onlar işgəncə altında etirafedici ifadə verməyə məcbur edildiklərini bildiriblər.

Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.

Müdafiəçiləri isə hər iki gəncin siyasi sifarişlə tutulduğunu iddia edirlər. Bildirilir ki, mayın 10-na gecə Bakının mərkəzində Heydər Əliyevin abidəsinin üzərində etirazçı şüarlar yazılıb. Müdafiəçiləri gənclərin bu şüarlara görə saxlandığını vurğulayırlar.

Q.İbrahimovun işi artıq məhkəməyə göndərilib.

MDB: terrorçuluğa görə 5 mindən çox adam axtarışda...

  • 06 Sentyabr 2016
  • comments

Özbəkistan prezidenti postuna əsas iddiaçılar

  • 06 Sentyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0

Tags

  • Gənclər
  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

Son materiallar

comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda