• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Əlli dörd gün erməni mühasirəsində” təkrar nəşr olunub. Satış aksiyasına başlanır

  • 06 Sentyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Keçirdiyi avtomobil qəzası nəticəsində ağır kəllə-beyin travması alan və yeddi aydır komada olan yazıçı-publisist Əli Əliyevin “Əlli dörd gün erməni mühasirəsində” kitabı təkrar nəşr edilib.

Sentyabrın 9-10-da paytaxtda, Dənizkənarı Milli Parkdakı “Park Bulvar” ticarət mərkəzində kitabın satış aksiyası həyata keçiriləcək. Sentyabrın 9-u saat 15-dən başlanacaq aksiya “Park Bulvar”ın ikinci mərtəbəsində təşkil olunacaq.

Kitabın satışından toplanacaq vəsait bütünlüklə Əli Əliyevin müalicəsinə sərf ediləcək, müəllifin hazırda müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın hesabına köçürüləcək. Əli Əliyev həmin xəstəxananın reanimasiya şöbəsindədir.

Əli Əliyevi fevralın 14-də Bakıda məskunlaşdığı uşaq bağçasından çıxıb İsmayıllı rayonunda məskunlaşmış kəndlisinin hüzr mərasiminə gedərkən, “Koroğlu” metro stansiyası yaxınlığında yolu piyada keçdiyi vaxt avtomobil vurub.

Əli Əliyev erməni işğalı nəticəsində ata-baba yurdundan didərgin düşən ziyalılardan biridir. O, 1946-cı ildə Laçın rayonunun Oğuldərə kəndində doğulub. Maksim Qorki adına Moskva Ədəbiyyat İnstitutunda, Azərbaycan Dövlət Universitetində (indiki Bakı Dövlət Universiteti) təhsil alıb. 1992-ci ilə, Laçın rayonu işğal olunana qədər Oğuldərə kənd məktəbində ədəbiyyat müəllimi işləyib.

Hazırda təqaüdçüdür. Ailəlidir. Altı övladı var. Oğlu İmdad Əlizadə ölkənin tanınmış jurnalistlərindəndir. Əli Əliyev mərhum şair Ağa Laçınlının qardaşıdır.

Əli Əliyev 1993-cü il martın 30-dan mayın 23-nə kimi Laçın və Kəlbəcər rayonları ərazisində erməni mühasirəsində qalıb. Üstündən 20 ilə yaxın vaxt ötəndən sonra, 2012-ci ildə o, mühasirə xatirələrini “Əlli dörd gün erməni mühasirəsində” adlı kitabında çap etdirib. Kitabın ilk tirajının bütün nüsxələri oxuculara pulsuz paylanıb.

Qeyd edək ki, Əli Əliyevin müalicəsinin xəstəxana şəraitində davam etdirilməsi üçün maddi dəstəyə ciddi ehtiyac yarandığından son günlər yardım kampaniyasına başlanıb. “Əlli dörd gün erməni mühasirəsində” kitabının təkrar nəşri və kitabın “Park Bulvar”da iki günlük satışı aksiyası bu kampaniyanın tərkib hissəsidir. Hər kəs aksiyada iştiraka dəvət olunur.

Ödənişli təşviqata qoşulan çox, ödənişsiz efirdən ...

  • 06 Sentyabr 2016
  • comments

“Azadlıq” qəzetinin fəaliyyəti dayanıb

  • 06 Sentyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0
comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0

Tags

  • Media
  • Səhiyyə

Rəylər

Do not miss

comments
Xəbər

Beş ayın populyar adları

Son materiallar

comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0
comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda