• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Kərimov bir gün fərqlə ikinci idi…

  • 05 Sentyabr 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

2016-cı il sentyabrın 2-də vəfat edən Özbəkistan prezidenti İslam Kərimov keçmiş SSRİ məkanında ikinci ən uzunömürlü dövlət başçısı idi. 78 yaşlı İslam Kərimov SSRİ vaxtı, 1989-cu ilin iyunun 23-də Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçiləndən Özbəkistanı idarə edirdi. 1990-cı il martın 24-də parlamentin qərarı ilə prezident vəzifəsinə gətirilən İslam Kərimov 1991-ci ildə Özbəkistan müstəqillik əldə etdikdən sonra 5 dəfə dövlət başçısı seçilmişdi.

Transparency.az bildirir ki, 76 yaşlı Qazaxıstan prezidenti Nursultan Nazarbayev SSRİ məkanında ən uzunömürlü liderdir. O, 1989-cu il iyunun 22-də Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib (İslam Kərimovdan bir gün öncə), 1990-cı ilin aprelindən isə prezident postunu tutur.

63 yaşlı İmaməli Rəhman 1992-ci ildən Tacikistanın başında dayanır. Əvvəl o, parlamentin sədri olub, 1994-cü ildə isə prezident kürsüsünə əyləşib.

62 yaşlı Belarus lideri Aleksandr Lukaşenko 1994-cü ildən prezidentdir.

Rusiya prezidenti Vladimir Putin (63 yaşı var) ölkəyə 2000-2008-ci illərdə rəhbərlik edib. 2012-ci ildə keçirilən seçkidə Vladimir Putin prezident postuna qayıdıb.

Azərbaycanın prezidenti İlham Əliyev (54 yaşı var) 2003-cü ildən hakimiyyətdədir. 1993-2003-cü illərdə isə prezident kürsüsünü onun atası Heydər Əliyev tutub.

Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov prezident postunda 2007-ci ildən oturur.

62 yaşlı Ermənistan prezidenti Serj Sərkisyan 2008-ci ildən hakimiyyətdədir.

Qırğızıstan prezidenti Almazbek Atambayev (59 yaşı var) dövlət başçısı postunu 2011-ci ildən tutur.

Moldova lideri Nikolay Timofti (67 yaşı var) 2012-ci ildə prezident seçilib.

47 yaşlı Gürcüstan prezidenti Georgi Margvelaşvili ölkəyə 2013-cü ildən başçılıq edir.

50 yaşlı Pyotr Poroşenko 2014-cü ildən Ukrayna prezidentidir.

İspaniya: oktyabrın 31-dək vaxt var

  • 05 Sentyabr 2016
  • comments

Putin: “İndi Rusiyanı idarə etmək Stalin dövrünə n...

  • 05 Sentyabr 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Yerli seçkilərdə 14 partiya qaldı

GLOBALS:0
comments
Xəbər

CXP neçə bələdiyyə itirib?

GLOBALS:0
comments
Xəbər

Gürcüstan: idxal ixracı 6,5 milyon dollar üstələyir

GLOBALS:0
comments
Xəbər

Gələn 1,7 faiz, gedən 2,8 faiz azalıb

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Yerli seçkilərdə 14 partiya qaldı

Son materiallar

comments
Xəbər

Yerli seçkilərdə 14 partiya qaldı

GLOBALS:0
comments
Xəbər

CXP neçə bələdiyyə itirib?

GLOBALS:0
comments
Xəbər

Gürcüstan: idxal ixracı 6,5 milyon dollar üstələyir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda