Bu həftə Twitter sosial şəbəkəsində gənc məhbus Elgiz Qəhrəmanla bağlı yaradılmış #Elgizemektub həştəqi yetərincə populyarlıq qazanıb. Şəbəkə üzvləri, xüsusilə gənclər bu həştəq vasitəsilə Elgiz Qəhrəmana məktublar yazırlar.
NİDA Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvü Elgiz Qəhrəman avqustun 12-də tutulub. Avqustun 15-də bəlli olub ki, Nərimanov Rayon Məhkəməsi avqustun 13-də onun barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Həbs qərarından apellyasiya instansiyasına şikayət verilsə də, təmin edilməyib.
Elgiz Qəhrəman narkotik vasitələri, psixotrop maddələri, onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmada ittiham olunur. NİDA Vətəndaş Hərəkatı isə Elgiz Qəhrəmana qarşı ittihamların əsassız olduğunu, onun siyasi mövqeyinə görə tutulduğunu bildirir.
Novator.az #Elgizemektub həştəqinə yazılan tvitlərdən bir qismini təqdim edir.
HelloQaqa: Elgiz abi, möhkəm ol. Səni sevirik. İnşallah, tezliklə evində olarsan. Azad torpaqlarda görüşmək ümidi ilə.
Rashadat Akhundov: Kamera çox istidir hələ. Proqulkanı təmiz yuyun. Döşək atın ora uzanın, babat sərin olacaq. Bir də təcrübəli dustaqlardan saat 12-dən sonra TV-ni açmaq üçün 0 və fazanı ayırıb qoşmağı öyrən. Karsa düşərsən ehtiyatlı ol. Çalış heç vaxt çağırsalar da hay-huya çıxma, yola ver getsin. Bir dəfə çıxdınsa zəhlən töküləcək.
Qaraxan: Belə realda tanımasam da, yaxşı insan olduğun hiss olunur. Allah qapını açsın.
Insanoman: Ciyər, məni görən səni soruşur, uje bezmişəm və necə vərdiş eləmişəmsə özüm hamıya yaxınlaşıb səndən danışıram. Ölmüş, sən öl, bilsəydin bu qədər sevilirsən, kameranı-zadı qazıb birtəhər gəlmişdin uje aramıza. Ölmüş, səndən çıxan heroinin rahat 200 min-zad qiyməti olar. A xəstə, o qədər pulun varıydısa, biz niyə “Vikeroy”u astavlıyırdıq?!
Anar: Özündən muğayat ol, Bayramla Qiyası görsən, adımızdan salamımızı çatdır, igid!
Zaur: Dünən Kənanla səndən danışdıq. Guya görüşüb içəcəkdik. Tez çıxarsan, inşallah, sağ-salamat gələrsən, içərik. Özünü qoru.
Qarpız: Salam, Elgiz başqan. Hər kəs kimi sən də azadlığı dadacaqsan. Ümid edirəm o gün uzaqda deyil. Səni indiyə kimi tanımadığıma görə təəssüflənən insanlardanam. Uşaqlar dedilər ki, o, azadlığa çıxsın, görüşərsiniz. Səni tanımasam belə məhkəmədə ordaydım, ən azından haqqın yanında olmaqdan ötrü. Mən də artıq sizlərdən biriyəm. Özündən muğayat ol, başqan. Azadlıqda görüşənə qədər.
Sabah: Təzə ssenarini köməksiz oynacam, söz… səni çox istəyirəm.
S†. Aras Bulba: Hələ heç kəs bilmir səni niyə tutublar, amma bütün ehtimallarda səni çox istəyirik. Dualarım üzərindən əskik olmaz.
AltounAi: Çıx gəl, çaya şükür edək.
Artemis: Möhkəm ol, səni sevirik.
Metis: Bayaq səsini eşitdik, mən həm pis oldum, həm də sevindim. İnşallah, yaxşı olacaq.
Şәpәnәk: Testlәrim cavabsız qalıb. Tez çıx, mәn riyazi mәntiq testlәrinә başlamamış, çıx. Sәni sevirik! Elgiz, Kәnan sәn gedәndәn kәdәrin dozasını artırıb millәti qırır. Mәktubla bir qulaqburması verәrsәn.
Aytac: Elgizi bir dəfə görmüşdüm şəhərdə, onda qucaqlamadığıma peşmanam! Qucaqlayıram indi!
Мать Тереза: Səni sevirik, Elgiz!
Nigar Həsənzadə: Kədərin kədərimizdir deyirdin,sən gedəndən kədərimizin həddi-hüdudu yoxdur.Yaman darıxırıq. Möhkem ol!
Hacı: Özündәn muğayat ol, әsas can sağlığıdır. Qalanı düzәlәcәk.
Metis: Çoxu hər seyin yaxsi olacağina umidsiz Yanasir amma duzelmiyecek heç ne yoxdu heyatda bilirem ki duzelecek dostlar seninledi
Gunel: Tezliklə azadlığa qovuşmağını istəyirik
Maga: Salam, Elgiz. Yaxşısan, ümid edirəm. Aurelienin də salamı var. Çox pis olmuşdu sən həbs olunanda. Fikir ver özünə. Öpürəm, bağrıma basıram. Görüşənədək.
Əziz Əzizli: “Möhkəm ol” cümləsini utana-utana yazan adamam mən.
Roküronyum: Sənə “Qalatasaray” forması göndərəcəm. Bu il çempionuq!
Coni: Salam, Elgiz, salam. Özünü qoru. Özünə yaxşı bax. Özünə diqqət elə.
Turkan: Sənə söz verdiyim roliki çəkə bilmədiyimə görə üzrlü say, Oqtay aradan tez çıxdı. Əsas can sağlığını qoru və səbirli ol.
Elnur: Sən getdin, VHP-dən 9 top yedik.
Ulviyya Ali: Ümid edirəm həbsinin səbəbini fikirləşə-fikirləşə vaxt tez keçəcək. Özünə yaxşı bax.
Ülkər Nadir: Səsli kitablar üçün sənə hər gün duaçıyam. …Necə kövrəlmişik biz, sənsiz bu axşam.
Cənab L: Elgiz, səni sevmək üçün pivə yox, sadəcə bir qurtum su belə yetər… Boğazlar qurumadan gəl, qardaş… Mənə bir az ordan danış. Sənə burdan danışım: sənsizlik çətindi…
Turana Huseynli: Dondurma mövsümü bitsə də, sən çıxan kimi sözümü tutacam, vallah. Hə, sənin də mənə türk qəhvəsi sözün də var idi.
Nurane: İgid Elgiz, möhkəm dayan!
Vurgun: Toyda pivəynən saçaqlı pendir də olacaq.
Saint mary: Biz Kənanla səni hər gün gözləyirik, həmişə də gözləyəcəyik. Gələndə də səni əvvəl qucaqlayıb, sonra döyəcəyik.
Dinka: Tez və sağlam çıx!
Nuranə Axundzadə: Elgiz, sənə məktub yazıram, yazıram ki, bağışla. Söz verdim məntiq kursu açacağıq, saldım bu gün-sabaha.
Alişka Məllim: Sabahın xeyir, müəllim. Möhkəm ol, özünü dominoya ver ki, bir az başın qarışsın, darıxmayasan.
Cavid H.: Qısası, səbirli ol, müvəqqəti çətinlikdir.
Azər Dünyaminoğlu: Müəllim, gəl çıx.
Elmin Hs.: Realda tanışmasaq da, ÖPÜRƏM.
Rasul Zaidov: Eh, ay Elgiz.