• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ermənistandakı Qarabağ tədbiri ləğv edilib

  • 31 Avqust 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Ermənistanın Siyasi və Xarici Siyasət Məsələləri üzrə Mərkəzlə birlikdə sentyabrın 2-3-ü Yerevanda Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin “müstəqilliyinin 25 illiyi” bəhanəsi ilə keçirməyə çalışdığı tədbir ləğv edilib. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev belə deyib.

Hikmət Hacıyev qeyd edib ki, keçmiş dövlət rəsmiləri, parlament üzvləri və ictimai xadimlərin dəvət edildiyi bu tədbir iştirakçılarının Azərbaycanın işğal edilmiş ərazilərinə səfəri nəzərdə tutulurdu: “Siyasi və Xarici Siyasət Məsələləri üzrə Mərkəzin sədri Fabyen Bossar bəyanatla çıxış edərək bu təşəbbüsü ləğv etmək məcburiyyətində qaldığını bildirib.

AZƏRTAC-ın məlumatına görə, mətbuat xidmətinin rəhbəri vurğulayıb ki, Ermənistanın qondarma rejimin “müstəqilliyinin 25 illiyi” bəhanəsi ilə gizli şəkildə planlaşdırdığı bu təxribatçı tədbirlərin qarşısını almaq üçün Azərbaycanın Xarici İşlər Nazirliyi avqustun 25-i və 30-da bəyanatlarla çıxış edib və zəruri önləyici addımlar atılıb: “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri, xüsusilə Fransa və Böyük Britaniyadakı səfirlikləri tədbirin təşkilatçıları və dəvət olunan şəxslərlə izahedici və məlumatlandırıcı iş aparıb, birtərəfli və qərəzli xarakter daşıyan bu tədbirin münaqişənin həlli üzrə aparılan danışıqlar prosesinə xələl gətirdiyi bildirilib. Müsbət haldır ki, tədbirə dəvət almış şəxslərin bir çoxu regiondakı vəziyyətin həssaslığını bilərək iştirakdan imtina edib.

Rəsmi Yerevanın bu kimi təxribatçı əməllərlə məşğul olmaq əvəzinə prezidentlərin Vyana və Sankt-Peterburq görüşlərinin ruhuna uyğun olaraq münaqişənin həlli istiqamətində konstruktiv addımlar atması regionda davamlı sülhün təmin edilməsinə xidmət edərdi.

Ermənistanın bu kimi təxribatçı əməllərinin qarşısını almaq üçün bundan sonra da bütün zəruri tədbirlər görüləcək”.

Azərbaycanın Dağlıq Qarabağ vilayəti 1991-ci il sentyabrın 2-də özünü müstəqil dövlət elan edib. 1991-1994-cü illərdə Ermənistan Dağlıq Qarabağ vilayətini və onun ətrafındakı 7 rayonu işğal edib. 1994-cü ildə elan olunan atəşkəsdən bəri ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh danışıqları heç bir nəticə vermir.

Xarici İşlər Nazirliyi Qarabağ bəyanatı yayıb

İsmayıl Rəsulov azadlığa buraxılıb

  • 31 Avqust 2016
  • comments

Vəkil: “Mövsüm Səmədov aclıq aksiyası keçirir”

  • 31 Avqust 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda