Respublikaçı Alternativ (REAL) Hərəkatının gənc üzvləri Elşən Qasımov və Toğrul İsmayılov inzibati həbs cəzalarını başa vuraraq azadlığa çıxıblar.
Onlar avqustun 15-də paytaxtda metronun “İçərişəhər” stansiyası yaxınlığında tutulmuşdular. Səbail Rayon Məhkəməsinin qərarı ilə gənclərin hər birinə 7 sutka inzibati həbs cəzası verilmişdi. Elşən Qasımov və Toğrul İsmayılov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisə tabe olmama) ilə ittiham olunmuşdular.
REAL isə gənclərin siyasi motivlə tutulduğunu bəyan edib.