• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

REAL-çı gənclərə inzibati həbs verilib

  • 16 Avqust 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Respublikaçı Alternativ (REAL) Hərəkatının gənc üzvləri Elşən Qasımov və Toğrul İsmayılovun hər birinə  7 sutka inzibati həbs cəzası verilib. Məlumatı “Azadlıq” radiosu yayıb.

Məlumata görə, qərar Səbail Rayon Məhkəməsinə çıxarılıb.

Elşən Qasımov və Toğrul İsmayılov avqustun 15-də paytaxtda metronun “İçərişəhər” stansiyası yaxınlığında saxlanılıblar. REAL-ın bəyan etdiyinə görə, gənclər yeni çapdan çıxan təşviqat materiallarını götürməyə gedərkən küçədə tutulublar.

Elşən Qasımov və Toğrul İsmayılov REAL-ın ölkədə sentyabrın 26-da keçiriləcək referendumla bağlı yaratdığı “Respublikaçı Alternativ” təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsidir.

Avqustun 12-də də REAL-in icraçı katibi, iqtisadçı Natiq Cəfərli də tutulub. Həmin gün o, əvvəlcə Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Gecə saatlarında isə Nəsimi Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib. Natiq Cəfərlinin yaşadığı mənzildə axtarış aparılıb, sənədlər, kompüterlər, zinət əşyaları götürülüb.

Natiq Cəfərli Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə — bu əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələri ilə ittiham olunur. Natiq Cəfərli də “Respublikaçı Alternativ” təşəbbüs qrupunun səlahiyyətli nümayəndəsidir.

Dolanışıq təhsilə necə təsir göstərir?

  • 16 Avqust 2016
  • comments

Silahlı qiyamın istintaqı: 50 nəfər həbs edilib

  • 16 Avqust 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Gənclər
  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda