2016-cı il fevralın 1-dən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt və digər bir sıra ölkənin vətəndaşlarına Azərbaycanın bütün beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza xidməti göstərilir. Mədəniyyət və Turizm Nazirliyi bildirir ki, həmin ölkələrin böyük əksəriyyətindən ölkəyə gələn əcnəbi vətəndaşların sayında əsaslı artım qeydə alınıb.
Məlumata görə, 2016-cı ilin birinci yarım ili ərzində Birləşmiş Ərəb Əmirliklərindən gələn turistlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 10086 nəfər olmaqla 19 dəfə, Bəhreyndən gələn qonaqların sayında isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 422 nəfər olmaqla 13 dəfə artım qeydə alınıb.
Cari ilin ilk altı ayı ərzində 11028 nəfər İraq vətəndaşı ölkəyə səfər edib, bu da əvvəlki ilin yanvar- iyun aylarındakı göstəricilərdən 30 dəfə çoxdur.
2016-cı ilin birinci yarım ili ərzində ərəb ölkələrindən Azərbaycana səfər edən xarici vətəndaşların sayı ümumilikdə 25 min nəfər təşkil edir. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 22 min nəfər çoxdur