• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Nazirlik insan alveri qurbanları ilə bağlı açıqlama yayıb

  • 11 Avqust 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi bu il 65 nəfərə yardımlar göstərib. Onlardan 50 nəfəri Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsininn yönləndirdiyi insan alveri qurbanları, 15 nəfəri isə ixtisaslaşmış QHT-lərin istiqamətləndirdiyi insan alveri qurbanına çevrilmək riski ilə üzləşən şəxslərdir (potensial insan alveri qurbanları).

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, həmin insanların bir çoxu ehtiyaclarına uyğun olaraq eyni vaxtda bir neçə yardım növü ilə təmin edilib. Ümumilikdə 20 nəfərə hüquqi, 36 nəfərə psixoloji, 6 nəfərə tibbi yardım göstərilməsi üçün iş aparılıb.

Mərkəzin müraciəti əsasında 17 nəfərin məşğulluğunun təmin edilməsi, 3 nəfərin peşə hazırlığına cəlb olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tədbirlər həyata keçirib. Hazırda həm insan alveri qurbanları, həm də potensial insan alveri qurbanlarının bir qismi ilə işlər davam etdirilir.

Mərkəz bu ilin ötən dövründə rayonlarda yerləşən peşə məktəbi və liseylərdə “İnsan alverinə qarşı mübarizə” mövzusunda maarifləndirici tədbirlər keçirib. Bu tədbirlərdən biri son günlərdə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 4 saylı qadın cəzaçəkmə müəssisəsində təşkil edilib. Mərkəzin əməkdaşları müəssisədə cəza müddəti başa çatmaqda olan qadınlara insan alveri anlayışı, onun növləri, insan alveri ilə mübarizə formaları, insanların hansı hallarda insan alveri qurbanına çevrilmək riski ilə üzləşdikləri və belə hallardan qorunmaq yolları, həmçinin uşaq və qadınlar üçün fəaliyyət göstərən sığınacaqlar barədə məlumatlar veriblər. Məhbus qadınlara bukletlər və kitabçalar təqdim edilib.

Təhsil Nazirliyi məktəblərə müşavirlər seçir

  • 11 Avqust 2016
  • comments

7 ayda qiymətlər nə qədər artıb?

  • 11 Avqust 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
comments
Xəbər

Vaxtı keçmiş kreditlər (2015-2025)

GLOBALS:0

Tags

  • Gender
  • Hüquq

Rəylər

Do not miss

comments
Xəbər

Klub turnirlərinin qalibləri

Son materiallar

comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda