2015-ci ilin avqust ayında Azərbaycanda 220 nəfər “Xalq” fəxri adı, 2109 nəfər isə “Əməkdar” fəxri adı daşıyırdı. Transparency.az o vaxtdan bəri hər iki bölüm üzrə nə qədər artım olduğuna nəzər salıb.
Son bir ildə prezident sərəncamı ilə 4 nəfərə xalq artisti, 2 nəfərə xalq rəssamı adı verilib.
“Əməkdar” fəxri adına gəlincə, 2015-ci ilin avqust ayından bəri 93 nəfər əməkdar müəllim, 64 nəfər əməkdar mədəniyyət işçisi, 41 nəfər əməkdar mühəndis, 38 nəfər əməkdar artist adı alıb.
Digər fəxri adlar üzrə illik artım belə olub:
Əməkdar həkim – 23
Əməkdar elm xadimi – 21
Əməkdar jurnalist – 10
Əməkdar incəsənət xadimi – 9
Əməkdar bədən tərbiyəsi və idman xadimi – 8
Əməkdar rəssam – 8
Əməkdar tibb işçisi – 4
Əməkdar kənd təsərrüfatı işçisi – 3
Əməkdar hüquqşünas – 2
əməkdar dövlət qulluqçusu – 1.
Azərbaycanda xalq yazıçısı, xalq şairi, xalq artisti və xalq rəssamı fəxri adlarına görə aylıq təqaüdün məbləği üçün 100 manatdır.
Əməkdar elm xadimi, əməkdar incəsənət xadimi, əməkdar artist, əməkdar rəssam, əməkdar mədəniyyət işçisi, əməkdar müəllim, əməkdar həkim, əməkdar memar, əməkdar bədən tərbiyəsi və idman xadimi, əməkdar dövlət qulluqçusu, əməkdar jurnalist, əməkdar mühəndis, əməkdar hüquqşünas, əməkdar kənd təsərrüfatı işçisi, əməkdar pilot, əməkdar tibb işçisi üçün 60 manat təqaüd müəyyən edilib.