• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Ekspert prezident sərəncamını şərh edib

  • 05 Avqust 2016
  • comments
  • Redaktor
  • Posted in Şərh

İqtisadçı ekspert Vüqar Bayramov prezidentin vergi islahatları sərəncamına münasibət bildirib.

Dövlət başçısı İlham Əliyev 2016-cı ildə vergi sahəsində aparılacaq islahatlarınistiqamətlərini təsdiqləyib. Avqustun 4-də imzalanan sərəncam vergi inzibatçılığının təkmilləşdirilməsini də nəzərdə tutur. Vergilər Nazirliyi üç ay müddətində 2016-cı ildə vergi sahəsində aparılacaq islahatların istiqamətləri nəzərə alınmaqla vergi qanunvericiliyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini hazırlayıb prezidentə təqdim etməlidir.

Transparency.az-ın məlumatına görə, Vüqar Bayramov yazır ki, 4 avqust sərəncamı vergi sisteminin beynəlxalq təcrübəyə tam uyğunlaşmasına şərait yarada bilər: “Sənəddə nəzərdə tutulan fəaliyyətlərin reallaşması vergi yükünün ciddi şəkildə azalmasına səbəb olacaq. Sərəncam vergi dərəcələrinin optimallaşdırılması baxımından olduqca mütərəqqi addımdır”.

Ekspert sərəncamda əksini tapan istiqamətlərə nəzər salaraq yazır ki, ilk bənddəki istiqamət bir sıra vergi dərəcələrinin aşağı salınması, bəzi vergi növlərinin ləğv edilməsi və o cümlədən vergi nəzarətinin sadələşdirilməsi və xüsusən də elektron audit sisteminin tətbiqi formasında öz əksini tapa bilər.

Növbəti bənddən irəli gələn islahatların mümkün nəticəsini Vüqar Bayramov belə şərh edir: “Vergi Məcəlləsinə əsasən, ƏDV növü üzrə vergitutma obyekti kimi malların satışı, istehsal və qeyri-istehsal xarakterli xidmətlərin dəyəri əsas götürülür. Bu vergi istehsal və tədavül prosesinin hər bir mərhələsində alğı və satqı arasındakı fərqdən ödənilən vergi kimi çıxış edir. Yeni qaydalara əsasən, pərakəndə ticarətdə ƏDV üzrə vergitutma obyekti ticarət əlavəsi olacaq, bu isə sözügedən fəaliyyət növü üzrə çalışanların gəlirlərini stimullaşdıracaq. Bu zaman pərakəndə satışla məşğul olanlar, o cümlədən super-marketlər daha az vergi ödəyəcək”.

Ölkə iqtisadiyyatında şəffaflığı artırmaq, maliyyə intizamını gücləndirmək və vergitutma bazasını genişləndirmək məqsədilə nağdsız əməliyyatların stimullaşdırılması və nağd əməliyyatların məhdudlaşdırılması istiqamətini ekspert belə izah edir: “Bu zaman bir sıra inkişaf etmiş ölkələrdə olduğu kimi nağd ödənişlər məhdudlaşdırılır. Məsələn, alınan malın dəyəri 500 manatdan çoxdursa, o yalnız nağdsız şəkildə satıla bilər. Nağd ödənişlər üzrə maksimum məbləğ də 3 ay müddətində elan ediləcək.

Eyni zamanda nağdsız, yəni plastik kartdan istifadə etməklə ödəniş edən vətəndaşın hər rübün sonunda xərclədiyi pulun 3 faizini bonus şəkilində geri alması məqsədəuyğundur. Məsələn, istehlakçı 3 ay müddətində plastik kartından istifadə etməklə1000 manat xərcləyibsə, onun 30 manatı rübün sonunda bonus formasında hesabına qaytarıla bilər”.

Dairə seçki komissiyaları yenidən formalaşdı (Üzvl...

  • 05 Avqust 2016
  • comments

Əsgər yaralanıb

  • 05 Avqust 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

ABŞ prezidentləri

GLOBALS:0

Tags

  • Sosial

Rəylər

Do not miss

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

Son materiallar

comments
Şərh

Türkiyədə növbədənkənar seçki qaydası

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Rusiya yarımcan əsgərini ölümə göndərir – “Forbes”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Niyə Moskva müharibə təbliğatında sovet obrazlarından istifadə edir?

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda