Tacikistanda hərbi qiyama cəhddə günahlandırılan 170 nəfər mühakimə olunub. Novator.az-ın məlumatına görə, bu rəqəmi ölkənin baş prokuroru Yusuf Rəhman avqustun 4-də açıqlayıb.
2015-ci ilin sentyabr ayının əvvəlində Tacikistanın müdafiə nazirinin müavini general Abduhalim Nazarzoda silahlı qiyama təşəbbüs göstərib. Qiyamçı generalın paytaxt Düşənbədən 50 kilometr şərqdə yerləşmiş qruplaşmasına qarşı 12 gün ərzində əməliyyat aparılıb. Nəticədə Abduhəlim Nazarzoda və onun 60-dan çox silahdaşı öldürülüb.
Baş prokurorun sözlərinə görə, hərbi qiyama cəhdlə əlaqədar 200 nəfər istintaqa cəlb edilib və bu günədək onlardan 170-nə məhkəmədə hökm oxunub.