• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Azərbaycanda Türkiyə hərbi bazası yaradılır?

  • 21 İyul 2016
  • comments
  • Redaktor
  • Posted in Xəbər

Dövlət başçısının 20 iyul fərmanı ilə Azərbaycan və Türkiyə hökumətləri arasında bu il iyunun 3-ü Bakıda imzalanmış protokol təsdiq edilib. Protokol “Qızıl Şərq” hərbi şəhərciyində yerləşən bina və tikililərin, Hacı Zeynalabdin qəsəbəsindəki aerodromda yerləşən bir terminal binasının Türkiyə Silahlı Qüvvələri şəxsi heyətinin istifadəsi üçün ayrılmasını nəzərdə tutur.

İlham Əliyev Müdafiə Nazirliyinə protokolun müddəalarının həyata keçirilməsini tapşırıb.

AZƏRTAC-a danışan müdafiə nazirinin müavini Ramiz Tahirov deyib ki, bu, Azərbaycan ərazisində hər hansı bir ölkənin hərbi bazasının yaradılması anlamına gəlmir: “Hacı Zeynalabdin qəsəbəsindəki aerodromdan hələ 1999-cu ildən beynəlxalq sülhməramlı missiyada iştirak edən Azərbaycan hərbi qulluqçularının Kosovo, İraq və Əfqanıstana yola salınması məqsədilə istifadə edilir. Burada yerləşən bir terminalda təyyarələrə texniki xidmət göstərən personal və pilotlar üçün istirahət otaqları nəzərdə tutulub.

Azərbaycan sülhməramlılarının Əfqanıstana aparılması və oradan gətirilməsi Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus nəqliyyat təyyarələri ilə həyata keçirilir. Təyyarə aerodroma enməzdən 1 saat əvvəl Türkiyə hərbi attaşeliyi aparatının nümayəndəsi buradakı 2 otağı açır. Aerodromda təyyarəyə texniki qulluq göstərilməsi zamanı pilotların qısamüddətli istirahəti bu otaqlarda təmin edilir. Təyyarə yola düşdükdən sonra otaqlar bağlanır, Azərbaycan tərəfinə təhvil verilir, mühafizəyə götürülür, Türkiyə hərbi attaşeliyi aparatının nümayəndələri ərazini tərk edirlər.

Nazir müavini vurğulayıb ki, “Qızıl Şərq” hərbi şəhərciyi ərazisində yerləşən bina hələ keçən əsrin 90-cı illərindən Türkiyənin Azərbaycandakı hərbi attaşelik aparatına müvəqqəti icarəyə verilib: “Təsdiqlənən protokol həmin tikilidə təmir-bərpa işlərinin aparılması üçün hüquqi imkan yaradır”.

Dollar 1 manat 57 qəpiyi haqlayır

  • 21 İyul 2016
  • comments

Yerevanda polis aksiyaçıları dağıdıb

  • 21 İyul 2016
  • comments

About author

Redaktor

Son materiallar

comments
ManşetXəbər

Azərbaycan və İran prezidentləri arasında telefon söhbəti

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

ABŞ prezidentinin ukraynalı jurnalistlə dialoqu

GLOBALS:0
comments
ManşetXəbər

UEFA-nın klub reytinqi

GLOBALS:0
comments
Xəbər

Bank hesabatı

GLOBALS:0

Tags

  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetXəbər

Azərbaycan və İran prezidentləri arasında telefon söhbəti

Son materiallar

comments
ManşetXəbər

Azərbaycan və İran prezidentləri arasında telefon söhbəti

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

ABŞ prezidentinin ukraynalı jurnalistlə dialoqu

GLOBALS:0
comments
ManşetXəbər

UEFA-nın klub reytinqi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda